Amerikada gəzməli yerlərin top 8-lik siyahısı

Amerikada gəzməli yerlərin top 8-lik siyahısı
Xəbərlər 27 Oktyabr 2017 10:03 1370
Amerikada gəzməli yerlərin top 8-lik siyahısı

Səyyah.az turizm portalı Amerikanın gəzməli, görməli yerlərini təqdim edir..

 

 Las Veqas. Nevada Ştatı.
Bura gələn hər kəs bu “günahlar şəhərinin” cazibəsinə heyran olur. Burada asan xərclənən pullar, çoxlu macəralar, dincəlmək və heç nə haqqında düşünməmək imkanı sizi rahat buraxmayacaq.

 Nyu-York. Nyu-York ştatı.
Times Square və Azadlıq heykəlini görmədən getmək mümkün deyil. Bütün bunlar ölkənin ürəyi olan Nyu-York şəhərində yerləşir. Burada Amerika Birləşmiş Ştatlarının bir çox məşhur görməli yerləri ilə də tanış ola bilərsiniz. Bu şəhər üzrə gəzinti sizin yaddaşınıza həmişəlik həkk olunacaq.

 Milli Park. Vaşinqton ştatı.
Milli park xaç şəklində inşa edilib və məhz burada “Ağ ev”, “Tomas Ceffersonun memorialı”, “Avraam Linkolnun memorialı” və “Kapitoli” yerləşir. Vaşinqtonun abidəsi isə Milli Parkın mərkəzində ucalır. Burada siz möhtəşəm binaların arasında gəzə, Botanika bağını və ya Smitson institutunun muzey kompleksini ziyarət edə blərsiniz.

 Şöhrət xiyabanı. Hollivud. Los-Anceles. Kaliforniya ştatı.
Şöhrət Xiyabanı – sadəcə adi küçə olmasına baxmayaraq, çox məşhur yerdir! Burada mərmərə quraşdırılmış misdən hazırlanan ulduzlar həkk olunub. Hər bir belə ulduz – əyləncə dünyasında yaşayanların istedadların simvoludur. Bundan başqa, burada populyar turistik attraksionlar da yerləşir. Bir sözlə bu küçədə gəzinti sizi dünya şöhrətli ulduzlarla görüş ilə də sevindirə bilər.

 Cənubi çimərlik Florida ştatı.
Cənubi çimərlik – kruiz paytaxtının məşhur kurort rayonlarından biridir ki, Bahama və Karib adalarına laynerlər məhz buradan yola düşürlərlər. Cənubi çimərlik – çoxlu sevinc və xoşbəxtlik deməkdir, burada dəbdəbə və zənginlik hökm sürür. Bir çox imkanlı əcnəbilər burada iqamətgahlar alaraq istirahətlərini okeanın sahilində keçirilər.

“Qızıl Darvaza” Körpüsü. San-Fransisko. Kaliforniya ştatı.
Bir tək ABŞ-da deyil, həm də bütün dünyada ən gözəl və eyni zamanda qorxulu yer – San-Fransiskoda yerləşən “Qızıl Darvaza” Körpüsüdür. Bu asma qurğu həm də al qırmızı rəngə boyandığı üçün diqqət cəlb edir. Körpüdən hər iki həftədən bir-bir nəfər özünü atdığı üçün o kədərli şöhrət qazanıb.

 Disneylənd. Kaliforniya ştatı.
İndi bir çox ölkələrdə və şəhərlərdə Disneyləndlər var, amma onların içərisində ən əsası Uolt Disneyin rəhbərliyi altında layihələşdirilmiş Disneyləndir. Dövrü boyunca bu park bir neçə dəfə yenidən tikilib, restavrasiya edilib. Lakin onun dəyişməz bir məqam var ki, o da həm uşaqların, həm də böyüklərin burada əylənərək sevinə bilməsidir.

Niaqara şəlaləsi. Nyu-York ştatı.
Niaqara Şəlaləsi – Nyu York Ştatının və Kanadanın əyaləti Ontarionun sərhədində yerləşir. Şəlaləyə təkcə yuxarıdan deyil, həm də sudan tamaşa etmək olar. Arzu edənlər üçün isə, çayda qayıqla gəzintilər təşkil olunur.

OXŞAR XƏBƏRLƏR