Gürcüstandan Aİ-yə vizasız səfər edənlərin sayı – MƏLUM OLDU

Gürcüstandan Aİ-yə vizasız səfər edənlərin sayı – MƏLUM OLDU
Xəbərlər 27 Oktyabr 2017 10:10 639
Gürcüstandan Aİ-yə vizasız səfər edənlərin sayı – MƏLUM OLDU

Gürcüstanın 90 min vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səfər edib.
Səyyah.az turizm portalı apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman vizasız rejimin altı ayının yekunlarına həsr olunmuş tədbirdə bildirib. 
Vizasız rejimin uğurlu olduğunu vurğulayan Y. Herman deyib ki, 230-a yaxın Gürcüstan vətəndaşının Şengen zonasına daxil olmasına icazə verilməyib. O qeyd edib ki, Şengen ölkələrinə səfər üçün yeni tənzimləmələr Gürcüstanla yanaşı, digər ölkələrə də şamil olunur: “Şengen zonasına səfər üçün onlayn avtorizasiya beş il etibarlı olacaq. Bu, çox sadə prosedur olacaq”.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız rejim cari ilin martın 28-də qüvvəyə minib.

OXŞAR XƏBƏRLƏR