Azərbaycan yeni təyyarələr alacaq

Azərbaycan yeni təyyarələr alacaq
Xəbərlər 27 Oktyabr 2017 15:22 482
Azərbaycan yeni təyyarələr alacaq

Növbəti illərdə Azərbaycanın mülki aviasiyasının inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.

Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur. Səyyah.az turizm portalının məlumatına götə Milli aviadaşıyıcının səmərəli fəaliyyətinin və gəlirliyin artmasının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin uçuş çoğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrinə, Türkiyə və İrana reyslərin də açılması nəzərdə tutulur. Bundan başqa, mülki donanmanın maddi-texniki bazasının gücləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan “Embrayer” təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.

OXŞAR XƏBƏRLƏR