Şamaxıdakı "Samaxi Palace Platinum by Rixos" oteli Azərbaycanda qarşıdan gələn bayramlarla əlaqədar xüsusi bayram əyləncə paketləri hazırlayıb. Oteldən seyyah.az-a verilən məlumata görə, iyulun 27, 28 və 29-da "Samaxi Palace Platinum by Rixos" əyləncə proqramları həyata keçiriləcək.
27 İyul tarixində otelin baş sponsorluğu və ölkəmizin ən görkəmli Moda Akademiyası olan High Life Fashion Academy-nin təşkilatçılığı ilə Miss High International Gözəllik müsabiqəsinin Final gecəsi keçiriləcək. Müsabiqənin Juri heyətində ölkənin ən populyar müğənni və sənət adamları yer alacaq və eləcə də konsert çıxışları olacaq.
İyulun 28-də isə "Samaxi Palace Platinum by Rixos" otelində dünya şöhrətli müğənni İnnanın solo konserti baş tutacaq. Gecəsinin sonunda atəş-fəşanlıq olacaq.
Bayram proqramının 3-cü günü, yəni 29 iyulda isə otelin animasiya komandasının iştirakıyla rəqs və musiqi animasiya show-ları baş tutacaq. Otelin Amfiteatrında düzənlənəcək əyləncə rəqslərlə davam edəcək.
Qeyd edək ki, oteldə 3 gün qonaqlayacaq ziyarətçilər hər 3 konsert və əyləncə günlərinə əlavə ödənişsiz qatılmaq şansı əldə edəcəklər. Oteldə qonaqlama qiymətlərinə həmçinin daxildir:
- Yüksək komfortlu otaqlarda 3 gecə, 4 gün dəbdəbə ilə qalmaq imkanı (2 böyük, 1 uşaq)
- Beynəlxalq Səhər və Axşam yeməyi bufeti (half board qidalanma paketi)
- SPA girişi, qapalı və açıq hovuzlar, sauna və fitness
- Uşaqlar üçün xüsusi animasiya programları
- Limitsiz Wi-Fi internet
Ünvan: Şamaxı Rayonu, Şərədil Kəndi
Bakı Satış Ofisi Ünvanı: Azure Business Center, Nober Pr. 15
Telefonlar: 012 488 6456
050 295 8727