Bakıda səhər yeməyi üçün – MƏKANLAR, QİYMƏTLƏR - YENİLƏNİB

Bakıda səhər yeməyi üçün – MƏKANLAR, QİYMƏTLƏR - YENİLƏNİB
Xəbərlər 30 Oktyabr 2017 02:05 55998
Bakıda səhər yeməyi üçün – MƏKANLAR, QİYMƏTLƏR - YENİLƏNİB

İstirahət günün ən ləzzətli xüsusiyyəti tələsmədən, arxayın, az qala günortayadək uzanan səhər yeməyidir. Ailəlikcə süfrəyə əyləşib həftəyə yekun vurmaq ən yaddaqalan anlardandır. Yeməklərin dadlı olması isə bu ləzzəti ikiqat artırır. Bu yaxşı bilən paytaxt kafeləri müştərilərinə növbənöv səhər yeməkləri təqdim edirlər. Menyuların əksəriyyəti eyni tərkibdə olsa da, qiymətlər xeyli dəyişir. Nəticədə Bakıda 3 manatdan tutmuş 20 manata qədər qiymətə yaxşıca səhər yeməyi mümkündür.

Seyyah.az turizm və istirahət portalı  Bakının müxtəlif məkanlarında səhər yeməkləri menyularını və qiymətləri təqdim edir.

Laduree Azerbaijan – 17-21 manat

Nəfis səhər yeməyi üçün «Port Baku»da əla yer. Burada siz iki səhər yeməyi menyusu seçə bilərsiniz. Birinci menyuda cem və balla 3 ədəd kruassan, meyvə suyu və kofe, ikincidə isə əlavə olaraq qayğanaq və meyvə salatı veriləcək.

 

Coffeeshop Company Azerbaijan – 9-10 manat

Günü doyumlu səhər yeməyi ilə başlamaq istəyirsinizsə, bunu «Coffeeshop Company Azerbaijan»da edə bilərsiniz. Burada ingilis, azərbaycan və türk səhər yfeməkləri menyusu var. Keçmiş «Azərbaycan» kinoteatrı tərəfdə yerləşən restoranda səhər yeməyi 9-10 manata başa gələcək.

 

MariVanna – 7-20 manat

Şəhərin ən məşhur restoranlarından olan «Mari Vanna»da ev qaydası ilə hazırlanan səhər yeməyi istirahət günlərində saat 10-dan 14-dək davam edir. Burada 4 səhər yeməyi menyusu var: ingilis, amerikan, rus və azərbaycan.Bundan əlavə, «Mari Vanna»da sıyıqlar, pendirlər, şişmiş qayğanaqlar və s. də verirlər. Qiymətlər isə menyudan asılı olaraq adambaşına  7-20 manat arasında dəyişir. 

  Burc Qala-da

Name

Burc Qala restoranı hər gün saat 08:00-dan 13:00-dək səhər yeməyinə dəvət edir. 
Səhər yeməyi setinə daxildir: 
Kənd qaymağı, kərə yağı, ağ (inək) pendir, xama, meyvə cemi – 15 AZN. Əlavə olaraq restoranın xüsusi sacda təqdim olunan pomidor-yumurta yeməyinin porsiyasını 8 AZN-ə sifariş verə bilərsiniz. 
Həmçinin səhər yeməyi menyusundan aşağıdakı təamları sifariş verə belərsiniz: 
İnək pendiri – 4 AZN; 
Süzmə – 3 AZN; 
Qoyun pendiri – 5 AZN; 
Keçi pendiri – 5 AZN; 
Şor – 3 AZN; 
Bal – 4 AZN; 
Qaymaq – 5 AZN; 
Qaymaqlı fəsəli – 6 AZN; 
Qaymaqlı fəsəli qaysava – 6 AZN; 
Qaynadılmış yumurta – 2 AZN; 
Pendirli omlet – 5 AZN; 
Gözlük və qayğanaq – 3 AZN. 

 

Tarhun – 5-15 manat

Keçmiş «Azərbaycan» kinoteatrının yaxınlığında yerləşən «Tarhun» restoranında səhər yeməyi saat 9-dan başlayır. İstirahət günləri isə ziyafət düz saat 13-dək davam edir. Müştərilər burada ənənəvi – ballı-yağlı kənd səhər yeməyindən tutmuş Avropa və türk mətbəxinə daxil olan səhər menyusunu daha bilərlər. Qiymətlər menyudan və müştərinin zövqündən asılı olaraq təqribən 5-15 manat arasında dəyişir.

 

Mado – 7,5 manat

Mado-da sizi bir neçə səhər yeməyi gözləyir. Bu dəfə sizə "İsti səhər yeməyi" təqdim edirik. Menyuya daxildir: Pomidor-yumurta, hellim pendiri, kaşar pendiri, göbələk, sucuq, acı bibər və kartof.

 

Double Coffee Baku – 4-9 manat

«Double Coffee Baku» paytaxtda 10 manatdan ucuz səhər yeməyi təklif edən az restoranlardan biridir. Burada ənənəvi səhər yeməyi menyusu 4-9 manat ətrafında dəyişir.

 

Atelier Vivanda – 20 manat

«Atelier Vivanda»nın Port Bakuda yerləşməsi onun qiymətindən dərhal hiss olunur. Burada hər bazar saat 9-13 arasında limitsiz franszı səhər yeməkləri ziyafəti var. Restoranda iddia edirlər ki, şef-aşpazın yeni resepti hətta ən tələblər müştəriləri də təəccübləndirəcək.

 

The Bagel Bar Baku - 7,9-11,9 manat

Hər gün «The BAGEL BAR BAKU»da saat 10-dan başlayaraq ənənəvi ingilis səhər yeməyindən ləzzət almaq olar. Bu yeməklər iki menyuda verilir - - mini və full. Saat  9-11-də isə kompleks və adi səhər yeməkləri verilir. «Gənclik Mall»da yerləşən kafedə qiymətlər 7,9-11,9 manat ətrafındadır.

 

Kolorit Cafe – 8 manat

«Kolorit Cafe»də hər həftənin şənbə və bazar günləri saat 9-13 arası səhər yeməyi üzrə açıq buffet olur. Menyuda omlet (sucuk, sadə, pendirli), yumurta (qaynadılmış), sosislər (qaynadılmış / qızardılmış), blinçik, (kəsmikli və ətli), yağ, ağ pendir, qatıq, qaymaq, bal, kaşa, şəkərli gevrək, şokoladlı gevrək, pomidor, xiyar, zeytun, mürəbbə (3 çeşid), limitsiz çay, kofe, freşlər var. 6 yaşa qədər uşaqlar üçün açıq-bufet ödənişsizdir.

 

Novbahar – 10 manat

Novbahar restoranında səhər yeməyi ziyafəti hər bazar günü saat 8-11 arası olur. Menyuda şor, qoyun pendiri, süzmə, nehre yağı, bal, alma cemi, pomidor, xiyar, zeytun çeşidi, fətir, aladi, pomidor yumurta, sosislər (qizarltma, soyutma), yumurta çeşidləri (soyutma, omlet, gözlük), düyü sıyığı və s. var.

 

Kofe Xauz – 9,9 manat

Şəhərdə yeni açılmış «Kofe Xauz» kafesi müştərilərə səhər yeməyi üçün iki variant təklif edir: Good Morning (qayğanaq və ya omlet, pendir assortisi, sosiska, bal, mürəbbə, təzə tərəvəz, meyvə şirəsi, çay və ya kofe) və Pro Breakfast (yulaf yarması, pendir, kruassan, bal, mürəbbə, meyvə şirəsi, çay və ya kofe). Hər iki menyunun qiyməti 9,9 manatdır.

 

PAUL – 3-13 manat

Səhər yeməyi çox geniş çeşidli ola bilər. İstirahət günləri Paul-da səhər yəməkləri 14:00-a qədər davam edir. Siz istədiyiniz omlet, sendviç, kruassan, tost və pankeyk sifariş edə bilərsiz.

3-13 AZN

 

Cafe City – 10 manat

«Cafe city»-nin səhər yeməyində müştərilərə ondan artıq təam təqdim olunur. Bütün yeməklər, o cümlədən səhər yeməyi də təbii məhsullardan hazırlanıb.  Həftə sonları səhər yeməyi saat 13-dək davam edir. Orta qiymət 10 manat ətrafındadır.

 

Ajda Baku

1 nəfər üçün qiymət - 10.5 manat

 

 

Səbət by Dalida

Bütün həftə ərzində Səbət by Dalida saat 10:00-dan 13:00-a kimi səhər yeməyi təqdim edir.   

1 nəfər üçün qiymət - 10 manat

 

Pizza Inn Baku

Bu restoran hər gün yerli və ingilis səhər yeməyi təqdim edir.   1 nəfər üçün qiymət - 8 manat

 

OXŞAR XƏBƏRLƏR