Müasir dövrümüzdə Kanada bir çox miqrantların səfər edib yaşamaq istədiyi ölkələrdən biridir. Dünyanın müxtəlif ölkələrindən bu ölkəyə köçüb yaşayırlar. Lakin bu ölkədə yaşamaq elə də asan deyil. Kanada da yaşamaq elə də ucuz deyil. Səyyah.az turizm portalı GlobalPrice-a istinadən 2017-ci ildə bu ölkədə yaşam qiymətlərini təqdim edir. Siyahıda Kanadanın Toronto şəhərindəki qiymətlər öz əksini tapıb.
Dükanlarda ərzaq qiymətləri
1 litr süd – 2.5 – 3 CAD(Kanada dolları) 3.29-3.95 manat
1 kq alma – 2 CAD – 2.63 manat
1 kq sosiska – 4 CAD - 5.27 manat
1 ədəd yumurta – 2.5 CAD – 3.29 manat
6 banka pivə - 10 CAD – 13 manat
Kafe və restoranlarda qiymətlər
1 fincan kofe – 1.30 CAD – 1.71 manat
1 nəfərlik şam yeməyi – 18 CAD – 23.74 manat
Mənzillər
Kanadanın müxtəlif şəhərlərində istənilən cür ev kirayələmək olar. Evləri adatən bir illik müddətə icarəyə verirlər. Şəhərdən kənarda balaca evlərin aylıq icarəsi 500 CAD -dı ( 659 manat). Daha komfortlu evlərin aylıq icarəsi 800-900 CAD -dı ( 1055-1187)
Nəqliyyat
İctimai nəqliyyatda nəğd ödəniş bir dəfə gediş üçün 3 CAD-dı. Nəqliyyat kartının aylıq abunəsi 120.50 CAD-dı( 158 manat)
İstirahət və əyləncə
Zooparka giriş 1 nəfər üçün – 28 CAD – 36 manat
Bilyard oynamaq – 1 saat üçün - 6 CAD – 7.91 manat
Məlumat üçün bildirək ki, Kanadada minimal əmək haqqı 10 min dollardan başlayır. /fins/