Bir sıra aviaşirkətlər Ukraynanın hava məkanı üzərində uçuş həyata keçirməyəcəklərini bəyan ediblər. APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə artıq "Turkish Airlines", "Lufthansa", "Air France", “Aeroflot” və “Transaero” aviaşirkətləri qərar qəbul ediblər.
Xatırladaq ki, bu gün Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfər ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.