Hindistana vizanı online almaq mümkün olacaq.
Hindistan hökuməti Azərbaycanı viza almaq üçün vətəndaşların internet vasitəsilə müraciət edə biləcəyi ölkələr siyahısına salıb. Səyyah.az turzim portalının məlumatına görə bu barədə “trend”ə Hindistanın Bakıdakı səfirliyindən məlumat veriblər. Məlumata görə, yaxın zamanlarda Hindistana getmək istəyən Azərbaycan vətəndaşları vasitəçilərin yardımı olmadan sənədləri onlayn təqdim edə biləcəklər.