AZAL-ın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir

Xəbərlər 18 Iyul 2014 00:00 1156
AZAL-ın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir

"Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir. Bu barədə  QSC-dən bildiriblər.

QSC-dən deyildiyi kimi, təyyarələr hərbi əməliyyatların getdiyi ərazilərin üzərindən keçmirlər.

Dünən Ukraynanın döyüşlərin getdiyi ərazisi üzərində "Malayziya Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin qəzaya uğramasının səbəblərindən biri kimi onun vurula bilməsinin mümkünlüyü nəzərdən keçirilir.

AZAL-dan deyiblər: "Əvvəllər aviareyslər Ukrayna ərazisi üzərindən keçirilirdi, lakin indi onlar Rusiya ərazisi üzərindən həyata keçirilir".

Trend

OXŞAR XƏBƏRLƏR