Pulsuz filmlər nümayiş olunacaq – Bakıda

Pulsuz filmlər nümayiş olunacaq – Bakıda
Xəbərlər 31 Oktyabr 2017 14:28 1191
Pulsuz filmlər nümayiş olunacaq – Bakıda

Bakıda 8-ci Avropa Film Festivalı təşkil olunacaq. Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki,festival 2-12 noyabr tarixlərində keçiriləcək. Proqrama 19 Avropa İttifaqı ölkəsindən Belçika Bolqarıstan Çex Respublikası Xorvatiya Estoniya Finlandiya Fransa Almaniya Macarıstan İtaliya Latviya Litva Hollandiya Polşa Portuqaliya Rumıniya İspaniya İsveç Birləşmiş Kralllıq eləcə də bu ildən Norveç və Azərbaycan da daxil olmaqla 21 film nümayiş olunacaq.

Festivalın qonaqları Avropanın aparıcı film rejissorları Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadir Balcı Portuqaliyadan Nikalau Teyşeyra Rikardo və Hollandiyadan Yoram Lürsen olacaqlar. Həmçinin adları çəkilən şəxslərlə müzakirələr aparmaq imkanı da olacaq. Qeyd edək ki bu artıq sayca 8-ci Avropa Film Festivalıdır. Festival Park Cinema kinoteatrlarında nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

 

OXŞAR XƏBƏRLƏR