Nəyə görə ağır yük üçün əlavə ödəniş olduğu halda, ağır çəkili adamlar üçün əlavə ödəniş edilmir? Nəyə görə, 50 kiloqramlıq zərif xanım da, 150 kiloqramlıq nəhəng də uçuş üçün eyni məbləğ ödəməlidirlər?
Bəziləri bu vəziyyəti ədalətsizlik sayırlar. Amma seyyah.az turizm portalı xəbər verir ki, Finnair aviaşirkəti ədaləti bərpa etmək üçün ilk addımı atıb – şirkət təyyarəyə minən sərnişinləri tərəzidə çəkməyə başlayıb. Doğrudur, hələlik tərəziyə çıxmaq könüllü olacaq, artıq çəkili adamlardan isə əlavə pul alınmayacaq. Bütün göstəricilər isə açıqlanmayaraq şirkətin öz statistikası üçün istifadə ediləcək. Məsələ ondadır ki, hazırda təyyarənin yanacaqla doldurulması və ağırlığın düzgün bölüşdürülməsir üçün EASA göstəricilərindən istifadə edilir. Bu göstəricilərə əsasən, əl yükü olan kişilərin orta çəkisi 88 kq, qadınlar 70 kq, uşaqlar isə 35 kq nəzərdə tutulur. Amma aydındır ki, əslində insanların çəkisi həm ilin fəsillərindən (qışdakı qalın geyimlər yaydakı geyimlərdən bir neçə kiloqram ağır olur), həm də uçuşun istiqamətindən asılı olur. Belə ki, işgüzar səfərlərdə yalnız əl yükü olur, istirahətə gekdənlər isə maksimum əşyalar götürərək çemodanla səyahət edirlər. Üstəlik sərnişinlərin çəkisi də dəyişə bilər. Beləziyyətdə sərnişinlərin tərəzidə çəkilməsi aviaşirkətlərin daha effektli işləməsinə imkan verə bilər. Hər halda «Finnair»də belə düşünürlər.