Könlü şirniyyat istəyənlər- Iyulun 20-də Şəkidəki festivala gedin

Tədbirdə Şəki də daxil olmaqla ölkəmizin 22 bölgəsinin və 15 ölkənin iştirakı nəzərdə tutulur
Xəbərlər 18 Iyul 2014 00:00 3710
Könlü şirniyyat istəyənlər- Iyulun 20-də Şəkidəki festivala gedin

Iyulun 20-də Şəki şəhərində Beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək. Seyyah.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festivala şəhərdəki XVIII-XIX əsrlərə aid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Aşağı Karvansaray binasında start veriləcək. Tədbirdə Şəki də daxil olmaqla ölkəmizin 22 bölgəsinin və 15 ölkənin iştirakı nəzərdə tutulur.

Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni, xəşil, şirin plov, südlü sıyıq və s. kimi), un-qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi), milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və bu kimi) nümayiş etdirəcəklər. Tədbirdə YUNESKO-nun Dünya Xalq Təşkilatının prezidenti xanım Karmen De Padilla, baş katibi cənab George Frandsen, Ümumdünya Kulinariya Təşkilatının prezidenti cənab Qissur Qudmonson iştirak edəcək. 


Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətiriləcək. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq, öz bölgələrinə məxsus məişət əşyaları, xalça, həsir və s. sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar. 

 

OXŞAR XƏBƏRLƏR