Yeni İli qeyd etmək üçün ən sərfəli 5 ulduz otel

Yeni İli qeyd etmək üçün ən sərfəli 5 ulduz otel
Xəbərlər 1 Noyabr 2017 16:34 595
Yeni İli qeyd etmək üçün ən sərfəli 5 ulduz otel

Artıq Yeni İlə iki ay qaldı. Bu isə o deməkdir ki,Yeni İl bayramını fərqli məkanlarda qeyd etmək istəyənlər üçün hələ də fürsət var. 

Səyyah.az turizm portalı xəbər verir ki, turizm şirkətindən fins.az-a verilən məlumata görə 5 ulduzlu Şəmkir Excelsior Hotel-də 3 gecə 4 gün qonaqlamaq mümkündür. Erkən rezervasiya üçün təklif olunan 2 nəfərlik qiymət isə 660 manatdır. Turpaket 31 dekabr və 3 yanvar tarixlərini əhatə edir. Göstərilən qiymətə aşağıdakılar daxildir:

* 3 gecə 4 gün Oteldə gecələmə

* 3 -gün səhər və şam yeməyi (Açıq bufet səhər və şam)
* Yeni il şam yeməyi
* Şou Program
* Annenfeld ekskursiyası
* Şəmkir City Park turu
* Qala gecəsi və Dj şou program
* Shamkir Excelsior Hotel-ində hazırlanan Shamkir Brau pivəsi və yerli istehsal olan şərablarda qonaqların istifadəsinə veriləcək

OXŞAR XƏBƏRLƏR