London metrosu və ya ingilislərin dediyi kimi Underground ilk dəfə 154 il bundan öncə – 1863-cü ildə istifadəyə verilib. Seyyah.az turizm portalı azikiss.me-yə istinadən xəbər verir ki, bu dünyada ilk yeraltı dəmir yolu xəttidir. Londonda metro ucuz deyil, dünyanın ən bahalı nəqliyyatlarındandır. Ən ucuz gediş 2.4 funtdur (5.6 AZN). Metro kartı olan Oyster Carddan istifadə adi kağız biletdən istifadədən daha sərfəlidir. Kartın qiyməti 5 funtdur və aldığınız gündən 3 gün sonra kartı qaytarıb pulunuzu geri ala bilərsiniz. London metrosunun şəbəkəsi çox genişdir və mərkəzdən 55-60 km məsafəyə qədər uzanır. 
Metro 9 zonaya bölünür və kartınızdan pul metroya girəndə yox, çıxanda çıxılır. Buna səbəb isə səfər etdiyiniz stansiyadan asılı olaraq qiymətin dəyişməsidir. Bu linkdə hansı stansiyadan hansına gedəcəyinizi qeyd etməklə səfərin qiymətini öyrənə bilərsiniz. Bu məlumat sizə ev/otel/hostel seçəndə də lazım ola bilər.
https://tfl.gov.uk/fares-and-payments/fares/single-fare-finder
Stansiya sayı 270, xətt sayı isə 11 olduğu üçün London metrosundan istifadə bir qədər qəlizdir. Bunun üçün bir stansiyadan digərinə necə getmək lazım olduğunu bilmək üçün çoxlu aplikasiyalar yaradılıb, elə google map vasitəsi ilə də öyrənmək olar. Amma sizə aşağıdakı linki təqdim edirəm.
Bu linkdə hardan hara və nə vaxt gedəcəyinizi qeyd etməklə səfər marşrutunu görə bilərsiniz.
London metrosu haqqında bəzi maraqlı məlumatları paylaşıram.
|
|
|---|---|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Gündəlik biletlərin qiymətlərini isə bu linkdən öyrənə bilərsiniz.