Gəncənin tramvayları belə olacaq- FOTO

Xəbərlər 20 Iyul 2014 00:00 1420
Gəncənin tramvayları belə olacaq- FOTO
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə yeni yol çəkilişinin layihəsi hazırlanır. Bu yol aeroport istiqamətindən başlayaraq, “İmamzadə” yolu daxil olmaqla Zazalı postuna qədər olan ərazini əhatə edəcək”. Bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə yeni irimiqyaslı layihələrdən danışarkən deyib. İcra başçısı bildirib ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. “Tramvay yolunun çəkilişi də gündəmdədir. Hələlik xətlər və marşurutlar müəyyənləşdirilir. Yolun çəkilişinə 2015-ci ildə başlanılması nəzərdə tutulur. Şəhərin müasirliyinə uyğun olaraq, ilin sonunadək şəhərə müasir tipli, rahat yeni avtobuslar və taksilər gətiriləcək. Gəncədə vaqon istehsalı zavodunun istehsalı üçün 30 hektar ərazi ayrılıb. Təməlqoyma İsveçrənin «Stadler Rail Group»şirkəti ilə Nəqliyyat Nazirliyi tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək”.
İcra başçısı onu da vurğulayıb ki, vaqon istehsalıyla bağlı yaxın günlərdə nümayəndə heyəti ilə yenidən görüşəcəklər. “Görüş çərçivəsində təməlqoymanın vaxtı müəyyənləşəcək. Zavod inşa olunduqdan sonra isə istehsal müəssisəsində 400-dən artıq şəhər sakini işlə təmin olunacaq. Bununla yanaşı şəhər daxili sərnişindaşımada da dəyişikliklər olacaq. Köhnəavtobuslar yeniləri ilə əvəzlənəcək və yeni taksilər ilin sonuna qədər fəaliyyətə başlayacaq”.
 
avtosfer.az
OXŞAR XƏBƏRLƏR