594 avroya 11 günlük Avropa gəzintisi

Xəbərlər 20 Iyul 2014 00:00 2471
594 avroya 11 günlük Avropa gəzintisi

Avropanı görmək, gəzmək əksər gənclərin arzusudur. Və tanıdığım gənclərin çoxunun ən azı bir favorit Avropa ölkəsi var, bəzən hətta bir neçə. Amma əksəriyyət Avropaya gedib istirahət edib gəzməkdən çəkinir, təbii ki maddi vəziyyətlə əlaqədar olaraq və kənardan mürəkkəb görünən viza proseduru ilə. Amma heç də hər şey göründüyü kimi qorxulu deyil. Bu yazıda Avropaya getməyin, istirahətin və şengen zona ölkələrində gəzməyin ən uçuz yollarını göstərməyə çalışacam və öz təcrübəmi bölüşəcəm.

Başlayaq marşrutdan

Əvvəlcə hansı ölkəyə (şəhərə)və ya ölkələrə (şəhərlərə) gedəcəyinizi dəqiqləşdirin. Əgər avtobus/qatarla gedəcəksinizsə çalışın ki şəhərlər arasındakı məsafə 300 km-dən çox olmasın ki, yol yorğunu olmayasınız. Hər şəhərdə ən azı iki bütöv gün qalın ki, ən əsəs yerləri gəzə biləsiniz. Maraqlı yerlərin siyahısını və sınanmış turist marşrutlarınıtripadvisor.com saytından öyrənə bilərsiniz, həmçinin saytın aplikasiyasını smartfonunuza yükləyə bilərsiniz. Aplikasiyalar hər şəhər üzrə ayrıca da mövcuddur, çox lazımlı ləvazimatdır.

VİZA

Avropa Birliyinə üzv əksər ölkələr şengen razılaşması imzalayıblar və həmin ölkələr arasında gömrük-keçid məntəqələri yoxdur. Yəni  şüngen vizası almaqla bu ölkələrdə sərbəst gəzə bilərsiniz (şengen haqqında ətraflı:http://goo.gl/PWxhr9). Viza rüsumu 60 avrodur. Standart sənədlər paketi mövcuddur, amma bəzi səfirliklər otel və aviabilet məsələsinə fərqli yanaşırlar. Sənədlərin isyahısını isə daha ətraflı məlumatı səfirliklərdən öyrənmək olar.

NƏQLİYYAT

Bakıdan Avropaya hazırda ən ucuz biletləri WizzAir şirkətinin rəsmi veb səhifəsi wizzair.com saytından almaq olar. Mövsümdən və tarixdən asılı olaraq Budapeştə (Macarıstan) iki tərəfli bilet 80 avrodan başlayır. Bu qiymətə baqaj daxil deyil. Baqaj ayrıca alınır. WizzAir vasitəsi ilə Avropada aşağı qiymətə çoxlu uçuşlar etmək olar. Bəzən aviabiletlər avtobus/qatardan daha ucuz olur. Avropada uçmaq üçün digər low-cost (aşağı qiymətli) aviaşirkətlər: easyjet.com,ryanair.comjetblue.com. Yaxın şəhərlərə qatar və avtobusla getmək olar. Biletləri online-internet üzərindən də almaq mümkündür. Avtobus gediş qiymətəri və bilet almaq üçün bu saytlara baxın: www.elines.cz/enwww.studentagency.euwww.carpooling.co.uk. Həmçinin də blablacar.com saytı vasitəsi ilə eyni marşrutla gedən bir “yol maşını” ilə gedə bilərsiniz. Bu sürücülər adətən avtobus və qatardan daha ucuz aparıralar.

OTEL/HOSTEL

Otel və hostel tapmaq üçün ən uyğun sayt booking.com saytıdır. Həmçinin də hostelworld.com saytından da hostel bron edə bilərsiniz. Əgər hosteldə qalacağsınızda Bakıdan özünüzlə 1 manatlıq qıfıl alın, mütləq lazım olacaq :) Hostel/otel seçimində diqqətli olun, şərhləri oxuyun, yerləşməsinə diqqət edin. Misal üçün şəhər kənarında olan yerdə qalmayın, çünki mərkəzə gəlmək üçün pul xərcləməli olacaqsınız. Avropada isə ictimai nəqliyyat ucuz deyil.

QİDALANMA

Qidalanma haqqında mən konkret qiymət yazmadım, çünki bu hər kəsdə fərqli ola bilər və fərqli xərclər çəkilə bilər. Onu qeyd etmək istəyirəm ki, ekonomik səyahət etmək istəyirsinizsə yeməyinisi mağazadan ala bilərsiniz. Ərzaq Avropada baha deyil. Amma restoran/kafelərdə xidmət bahadır. McDonalds, KFC, Burgerking, Subway kimi fast-food kafelər isə Bakı ilə eyni qiymətədir, bəzən menyu qiymətləri daha ucuzdur.

Mənim Avropa turum, marşrut və xərclər.

Budapeşt-Vyana-Praqa-Münhen-Zürih-Lugano-Milan-Barselona-Budapeşt

88.77€  Bakı – Budapeşt – Bakı (təyyarə) 42€  Budapeşt – Golden Park Hotel (2 gecə)
29€  Budapest -Vyana (qatar) 19€  Vyana -  Wombats City Hostel (1 gecə)
22€  Vyana – Praqa (avtobus) 15€  Praqa – Hostel HOMEr (1 gecə)
24€  Prague-Münhen (qatar) 18€  Praqa – Hostel Modrá (1 gecə)
15€  Münhen  – Zürih (avtobus) 38€  Münhen – Jaeger’s Munich (2 gecə)
52€  Zürih - Lugano (qatar) 38€  Barselona – St Christopher’s Inn (2 gecə)
25€  Lugano – Milan (qatar)  60€ visa
37.12€  Milan – Barcelona (təyyarə)  10€ sığorta
33.39€ Barcelona – Budapest (təyyarə)  27,5€  baqaj
Cəmi: 2526 km  11 gün / 593.78 avro

Tövsiyyə edirəm, nə qədər imkanınız, vaxtınız, enerjiniz varsa səyahət edin. Uduzmayacaqsınız.

Azər İsmayılov

http://azikiss.me/2014/07/15/594-avroya-11-gunluk-avropa-g%C9%99zintisi/

OXŞAR XƏBƏRLƏR