Səudiyyə Ərəbistanı kralı Salmanın xaricə səyahətləri artıq çoxdan öz inanılmaz dəbdəbəsi ilə dünyada məşhurdur. Seyyah.az xarici mətbaata istinadən qızıl və dəbdəbə həvəskarı olan kralın səyahəti ilə bağlı maraqlı məlumatları təqdim edir.
Oktyabrın əvvəlində Səudiyyə kralının Rusiyaya səyahəti ərəfəsində məlum oldu ki, Qırmızı Meydanın yaxınlığındakı 5 ulduz otellərdəki – bunlar «Four Seasons», «St. Regis» və «Natsionale» idilər - bütün nömrələr tutulub. Hotellərin biri bütünlüklə bron edilmiş, həmin günlərdə nəzərdə tutulan büün tədbirlər isə ləğv olunmuşdu.
Bundan başqa, kral Salman ben Əbdül Əziz əl Səudun səfəri zamanı otellərdə donuz əti verilmir, mühafizə gücləndirilir, oteldəki şərait isə Avropadan ərəb stilinə keçirilir. Belə ki, kralın təqribən 1000 nəfərlik nümayəndə heyəti ilə yanaşı, hotelə böyük həcmdə xalçalar və digər əşyalar gətirilir.
2017-ci ilin əvvəlində kral Asiya ölkələrinə – İndoneziya, Malayziya, Bruney, Yaponiya, Çin və Maldiv adalarına səyahət edib. Bu səfər də görünməmiş dəbdəbə ilə diqqətdə və yadda qalıb. Belə ki, İndoneziyanın paytaxtı Cakartaya krala birlikdə 459 tonluq yük gətirilib. Bura «Mercedes-Benz S600s» markalı iki limuzin və qızıldan hazırlanmış iki elektrik eskalatoru da aiddir.
Yük daşımaları ilə məşğul olan «PT Jasa Angkasa Semesta» şirkətinin nümayəndələri bildirir ki, yükün 63 tonu Cakartada qalmalı, 396 ton isə Baliyə göndərilməli idi. Yüklərin qorunması üçün əlavə olaraq 572 mühafizəçi cəlb edilib.
Kralın özü ilə birlikdə İndoneziyaya təqribən 1500 nəfər gəlib. Onlardan 800-ü nümayəndə (o cümlədən 10 nazir və 25 şahzadə), 620-si isə xidməti personal olub. Kralın təkcə mühafizəçilərin sayı səfər zamanı 100 nəfərdən aşağı deyil. Bütün bu heyəti Ər-Riyaddan Cakartaya gətirmək üçün isə 27 təyyarə lazım olub.
Bundan başqa, kralın İndoneziyaya 9 günlük səfəri daha iki maraqlı məqamla yadda qalıb. «Daily Mail» xəbər verir ki, Cakartadakı İstiklal məscədində kral üçün ayrıca ayaqyolu tikilib, ölkə parlamentində isə kralın əyləşməsi üçün ayrıca taxt düzəldilib.
Kralın Asiya ölkələrinə sonrakı səyahəti də dəbdəbəsi ilə bunan geri qalmayıb. Belə ki, Yaponiyada Səudiyyə Ərəbistanı nümayəndələrinin hərəkəti üçün 500 limuzin ayrılıb, Tokiodakı 5 ulduz otellərdə isə 1200 nömrə bron edilib.
2015-ci ilin iyulunda isə kralın və onu müşayiət edin 1000 nəfərin Fransa səfəri zamanı Mavi sahildəki kurortlardan birinin bütün çimərlikləri 8 günlüyə bağlanmışdı. 100 min yerli əhalinin imzaladığı petisiyaya baxmayaraq kralın səfəri bitənədək bu qadağa ləğv edilmədi. Kralın eskalatorunu bərkitmək üçün isə qumlu sahilə beton tökülmüşdü.
Bu da hələ hamısı deyil – bəzi hallarda Səudiyyə Ərəbistanının səfəri zamanı hoteli nəinki bron edir, hətta, bütünlüklə satın alırlar.
Belə ki 2015-ci ildə kralın ABŞ səyahəti zamanı Vaşinqtondakı «Four Seasons» hoteli bütünlüklə satın alınıb və kralın zövqünə uyğun olaraq yenidən bəzədilib. «Burada hər şey qızıldır – deyə bir mənbə bildirib – qızıl güzgülər, durnal stolları, qıhıl lampalar, hətta paltarasanlar da qızıldandır».