Balakəndə “Beynəlxalq xurma festivalı” keçirilib

Balakəndə “Beynəlxalq xurma festivalı” keçirilib
Xəbərlər 6 Noyabr 2017 09:36 505
Balakəndə “Beynəlxalq xurma festivalı” keçirilib

Balakən rayonunda ilk dəfə olaraq "Beynəlxalq xurma festivali" keçirilib.

Səyyah.az turizm portalının xəbərinə görə festivalda xurmadan hazırlanan kulinariya məhsulları nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən tədbirə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara baxıb, kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olublar. Daha sonra festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkilib. Festivalda respublikanın tanınmış müğənniləri konsert proqramı ilə çıxış ediblər.Xezerxeber

OXŞAR XƏBƏRLƏR