Bakıda “narlı" otel tikiləcək- FOTO

Otelin alt “showroom”unda toy salonu yerləşəcək
Xəbərlər 21 Iyul 2014 00:00 803
Bakıda “narlı" otel tikiləcək- FOTO

Bakının ən  işlək prospektlərindən biri olan Yusif Səfərov prospektində, Heydər Əliyev Mərkəzinə yaxın bir ərazidə “Nar”  büdcə oteli tikiləcək. Seyyah.az “Marja”-ya istinadən xəbər verir ki, otelin layihəsi  ötən il  Türkiyənən “Erginoğlu və Çalışlar”memarlıq şirkəti tərəfindən işlənilib. Otel şəhərin mərkəzinin girişində və Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşəcəyi üçün binanın görkəmli olmasına xüsusi önəm verilib.

Ötelin cəbhələri, bir tərəfdə dəniz mənzərəsinin, digər tərəfdə isə Hedər Əliyev Mərkəzinin olduğu əsas tutularaq dizayn edilib. Binanın cəbhəsi, Azərbaycan mədəniyyətində böyük yer tutan  “nar” simvolundan izlər daşıyır.

Oteldə, müxtəlif  həndəsi qanunauyğunluq ilə yerləşdirilmiş, lakin hər biri bir-birisinin eynisi olan bir çox otağının olması da, yenə bu “nar” forması ilə bənzərlik göstərməkdədir.

Otelin alt “showroom”unda toy salonu yerləşəcək.

OXŞAR XƏBƏRLƏR