Yeni İl bayramına hər gün daha az müddət qaldığından bu bayramı xarici ölkələrdə keçirmək istəyənlər üçün bir məsələ daha da aktual olur.
Yeni İl bayramı tarixlərində xarici ölkələrə uçuş biletləri neçəyə olacaq. Səyyah.az turizm portalının məlumatına görə fins.az bu sualın aktuallığını nəzərə alaraq Yeni İldə Wizz Air ilə Avropaya bilet qiymətlərini öyrənib. Belə ki, turizm şirkətindən verilən məlumata görə azərbaycanlıların Yeni İldə ən çox üz tutduğu şəhərlərə qiymətlər aşağıdakı kimidir.
29 dekabr-5 yanvar – Kutaisi – Saloniki – Kutaisi – 110 avro
29 dekabr-5 yanvar – Kutaisi-Berlin-Kutaisi – 285 avro
29 dekabr – 3 yanvar – Kutaisi- Milan -Kutaisi – 215 avro
28 dekabr – 3 yanvar – Bakı – Budapeşt – Bakı – 300 avro
Məlumata görə Wizz Air bayram tarixlərinə az qaldığından bilet qiymətlərini artırıb. Belə ki, adi günlərdə Kutaisi-Berlin-Kutaisi aviabileti 90 avro olduğu halda bayram günlərində 285 avroya qədər bahalaşıb. Həmçinin şirkətdən o da bildirilib ki, Online travel digər turizm şirkətlərinin bir çoxundan fərqli olaraq bilet qiymətlərini müştərilərə öz qiymətinə təklif edirlər. Yəni bilet satışı zamanı hər hansı mənfəət güdülmür.