Almaniyada, Berlində hər binanın qarşısında görmək olar bunu.
Söhbət Almaniyada köhnə paltarlar ( Altkleider ) və ayaqqabı ( Schuhe ) qoymaq üçün küçələrə yerləşdirilən dəmir qutulardan gedir. Səyyah.az turizm portalı xəbər verir ki, bu qutulara hər bir şəxs özünün köhnə paltarını və ayaqqabısını yalnız yuyulmuş təmiz halda qoya bilər. Köhnə olmasının isə fərqi yoxdu. Bunları ayda iki dəfə gəlib bu işə baxan dövlət qurumu yığıb aparır və verir ehtiyacı olanlara.