Yay mövsümü tətilləri sona çatdı, lakin siz nəhayət ki, haradasa çimərlikdə istirahət etmək və ya şəhər və onun görməli yerlərinin uzunmüddətli gəzməklə ayaqlarınızda qabarlar yaratmaq üçün istirahət günləri götürə bilmədiniz?
Xoşbəxtlikdən bu kədərlənmək üçün səbəb deyil, düşündüklərinizi payız-qış fəslində də həyata keçirmək olar – istəyin olması yetərlidir. Bundan başqa, bunun öz üstünlükləri də var: təyyarə bilətləri və otellər əhəmiyyətli dərəcədə ucuzdur, turistlər isə əksinə - azdır, başlıcası sizin hansı məqsədi güdməyinizi bilmək və bunun əsasında hara getmək qərarını verməyinizdir. Seyyah.az turizm portalı payız-qış fəslində yay istirahəti edə biləcəyiniz ölkələrin siyahısını təqdim edir.
İspaniya
Kanar adalarında istirahət – sanki yaradanın əmridir. Bura gedib çıxmaq ekzotik Bora-Bora və Ficiyə getməkdən daha sadə və ucuzdur, təəssüratlar isə eynidir. Oktyabr-noyabr ayrlarında burada mülayim isti hava bərqərar olur, yay mövsümü ilə müqayisədə turistlərin sayı isə əhəmiyyətli dərəcədə azalır. Çimərliklərdən əlavə öz məzuniyyətinizi Barselonanın görməli yerlərinə baxmaq və ya aqroturizm ləzzətləri ilə rəngarəng edə bilərsiniz...


Yunanıstan
Çexovun qəhrəmanı iddia edirdi ki, Yunanıstanda hər şey var və bu həqiqətdir. Palma və meyvə ağacları ilə əhatə edilmiş möhtəşəm çimərliklər, çınqıllı çimərliklərlə olan təmiz dəniz, mənzərəli adalar və spa-otellər. Dünya görüşünü genişləndirmək həvəsində olanlar üçün buranın hər addımı qədim tarixdir: Afina, Deülfa, Fizi və Meteorlar, qaya məbədlər və müqaəddəs Afon dağı. Lakin bir faktı nəzərə almaq lazımdır ki, əgər siz “tez-tez hər şeyi görmək” istəyirsinizsə, istirahət üçün başqa ölkəni seçməli olacaqsınız. Yunanıstandan tələsmədən həzz almaq lazımdır!


Portuqaliya
Portuqaliya və adalarda oktyabr ayı hələ yaydır. Oktyabr ayında havanın hərarəti Selsi üzrə orta hesabla 22 dərəcəyə qədər düşür. Ekskursiyalar, qolf oynamaq və ya qəhvəxanada oturmaq üçün əla mövsüm başlayır. Bundan başqa, bu günəşli ölkə - qurmanlar, xüsusi ilə də dəniz nemətləri həvəskarları üçün əsl cənnətdir. Heç az xoş olmayacaq istirahəti Lissabon riverasında tapmaq olar ki, yerli sakinlər buranı Koşta-duSul adlandırırlar. Region çimərlikləri və buradan istənilən ən məşhur görməli yerlərə getməyin rahat olması sayəsində məşhurdur. Ən gözəl çimərliklərdən biri – küləkli Ginşu (Guincho)- vindserfinqlə məşğul olmaq üçün ideal uyğun gəlir.


Kipr
çoxdandır ki, özünün əhəmiyyətli qüsurları olmayan əla kurortları ilə məşhurdur. Burada iqlim yumşaq, qiymətlər çox yüksək olmayan, sakinlər qonaqpərvər, yeməkləri dadlı, gecələri ulduzludur, çoxsaylı meyvə ağacları və çiçək bitkiləri və yunan bəzəkləri ilə olan zinət dükanları! Adanın hər bir qonağı bu səfərlərdən özünə aid nəsə əldə edəcək, lakin Kiprdə rahatlayıcı və romantik istirahət, praktiki olaraq hamı üçün uyğun gəlir.


İordaniya
İordaniya krallığı – çimərlik istirahəti və Qırmızı və Ölü dəniz sahillərində müalicə, Petra qaya şəhəri və Akaba kurortunun əyləncələri, bütün il boyunca ekskursiya turları və Yaxın Şərqin ən yaxşı otelləridir!

