ABŞ hökuməti Türkiyəyə viza verilməsini qismən bərpa edib

ABŞ hökuməti Türkiyəyə viza verilməsini qismən bərpa edib
Xəbərlər 7 Noyabr 2017 16:23 1215
ABŞ hökuməti Türkiyəyə viza verilməsini qismən bərpa edib

 

ABŞ-ın Ankaradakı səfirliyi və konsulluğu Türkiyə vətəndaşlarına vizaların verilməsini qismən bərpa edib.

Səyyah.az turizm portalının məlumatına görə FED.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın diplomatik təmsilçiliklərində viza üçün müraciətlərin məhdud sayda qəbuluna başlanılıb. Türkiyə tərəfinin də analoji addım atdığı bildirilir. AFP agentliyinin məlumatına görə, Birləşmiş Ştatların hakimiyyət orqanları bu qərarı Türkiyənin Baş naziri Binəli Yıldırımın noyabrın 7-11-də ABŞ-a planlaşdırılan səfəri ərəfəsində qəbul edib. Xatırladaq ki, Vaşinqton oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq, Ankara da həmin gün eyni addımı atmışdı.

 

OXŞAR XƏBƏRLƏR