Santorini adası haqqında maraqlı faktlar

Santorini adası haqqında maraqlı faktlar
Xəbərlər 8 Noyabr 2017 12:02 1864
Santorini adası haqqında maraqlı faktlar

    Deməli Santorini kiçik adadır, adanın şimalından cənubuna 1 saata getmək olur. Əsas şəhəri Thiradır, hansı ki,  nə bahalı nə də ucuz sayılır, adanın ortasında və qərb sahilində yerləşir. Ancaq şəkillərdə gördüyünüz ağ evcikli qəsəbə isə adanın şimalında yerləşir və adı Oiadır. Buradakı otellerin qiyməti çox bahadır ancaq öncədən tutsanız gecəsi 100-150$ airbnb evlər tapmaq olur. Şəkildəki yer isə Thirayla Oia arasında yerləşən İmeroviglidir, adanın 2-ci məşhur görməli yeri... 
Santoriniyə sırf gün batımını izləməyə gələnlər var. Saat 6-7 olanda adanın hər yanından Oiaya günbatımını izləmək üçün insan axını başlayır, belə olan halda da Oianın dar, ilanvari küçələri ilə əsas mənzərəyə doğru gedən yollarda növbələr yaranır. Ona görə bizdən sizə məsləhət saat 5 olmamış üz tutun Oiaya, gözəl bir kafedə içkinizi sifariş edib həmin o "qızıl vaxtı" gözləyin. Biz gec getdiyimiz üçün o məşhur Santorini gün batımını kafedə deyil, kafenin damında oturub izləmişdik. Amma yenə də unudulmaz idi. 

Ada haqqında maraqlı məlumatlat verən Sumaya Guliyeva bildirir ki, Accomodation olaraq biz Thirada 4 ulduzlu otel seçmişdik, möhtəşəm qəlyanaltıları var idi və hər yerə yaxın idi. Amma Santoriniyə yenə getsəm kəsinliklə mərkəzdə deyil adanın cənubundakı beach-hotellərdə qalardım hansı ki, daha ucuzdur və 1 gecə olsa belə 300-400$-dan keçib Oiadakı mağara otellərdə qalardım. Düşünün hovuz kənarında həmin möhtəşəm gün batımını izləyirsiz.  Əgər növbəti tətiliniz üçün Santorinini fikirləşirsizsə otel seçimində sevə-sevə məsləhət verə bilərəm. 

OXŞAR XƏBƏRLƏR