Danimarkaya pulsuz səyahət şansı – MÜSABİQƏ

Danimarkaya pulsuz səyahət şansı – MÜSABİQƏ
Xəbərlər 9 Noyabr 2017 09:57 1249
Danimarkaya pulsuz səyahət şansı – MÜSABİQƏ

ABŞ-ın “Airbnb” şirkəti Danimarkanın LEGO oyuncaq şirkəti ilə birgə müsabiqə elan edib.

Seyyah.az turizm portalının məlumatına görə, müsabiqənin qalibi LEGO şirkətindən Danimarkanın Billund şəhərinə ailəlikcə hər şey daxil 1 günlük pulsuz səyahət qazanacaq.

Bunun üçün isə sadəcə bir suala cavab (50-500 işarə arası) verməlisiniz: “Əgər siz və ailəniz LEGO-nun limitsiz kubiklərinə sahib olsaydınız, nə inşa edərdiniz?”

Suala cavab noyabrın 17-dək Airbnb-nin saytına (https://www.airbnb.ru/night-at/lego-house) göndərilməlidir.

Qalib gələn şəxs noyabrın 24-25-dək Billundda səyahət, eyni zamanda LEGO-nun icraçı direktoru Ceym Berardla axşam yeməyi qazanacaq (sey-yah.com)

OXŞAR XƏBƏRLƏR