Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən biri ölkə vətəndaşları üçün Avropanın 3 ən qədim və gözəlliyi ilə seçilən ecazkar şəhərlərinə tur təşkil edəcək.
Səyyah.az turizm portalı xəbər verir ki, tur fərdi təşkil olunur. İstənilən şəxs ona uyğun olan vaxta turu təyin edə bilər. Fərdi tur yanvar ayından etibarən təqdim olunur müştərilərə. Tura Macarıstan paytaxtı Budpaeştə, Çexiya paytaxtı Praqaya və Avstriya paytaxtı Vyanaya səfər daxildir. Səfərin bir nəfər üçün qiyməti 999 avrodur. Bu qiymətə aviabilet (gediş-gəliş), adları çəkilən hər 3 şəhərdə 4 ulduzlu oteldə qonaqlama, səhər yeməyi, hava limanı otel transferi ,şəhərlərarası nəqliyyat daxildir. Qeyd edək ki, hər şəhərdə iki gün qonaqlama olacaq. Bundan başqa turun özəlliklərindən biri də odur ki, turu kreditlə də əldə etmək mümkündür. Belə ki, turun ödənişini 1 aydan 12 ayadək hissə-hissə ödəyə bilərlər.