Menecer Təlim Proqramı çərçivəsində turizm şirkətlərinin Almaniyaya səfəri olub

Menecer Təlim Proqramı çərçivəsində turizm şirkətlərinin Almaniyaya səfəri olub
Xəbərlər 10 Noyabr 2017 10:58 551
Menecer Təlim Proqramı çərçivəsində turizm şirkətlərinin Almaniyaya səfəri olub

 Səyyah.az xəbər verir ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən  Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri  cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olub.  

Səfər zamanı nümayəndələr Almaniyanın müxtəlif reqionlarına məqsədyönlü səfərlər etmiş, müxtəlif sahələri əhatə edən müəssisələrin iş prınsipləri ilə tanış olmuş və 10 dan artıq ikitərəfli müqavilələrin bağlanmasına nail olmuşlar. Səfər zamanı  iştirakçılar həmçinin, Mədəniyyətlərarası menecment, taym menecment, risk menecment, insan qaynaqları menecmenti,peşəkar təqdimat və işgüzar danışıqlar və bir sıra digər sahələri əhatə edən peşəkar təlimlərdə iştirak etmişlər.

09 oktyabr tarixində Azərbaycan şirkətlərinin yekun dinləmələri və təqdimatları gerçəkləşdirilmişdir. Xüsusi müsahibədən keçərək, bu  Təlim proqramında iştirak edən və proqramı müvəffəqiyyətlə başa vuran bütün iştirakçılar Almaniya dövlətinin xüsusi sertifikat-diplomlarına layiq görülmüşlər. Hər bir iştirakçı  öz gələcək fəaliyyətləri ilə Azərbaycan-Almanya münasibətlərinin inkişafına öz töhvələrini vermək əzmini , fəaliyyətlərinin ana xəttini təşkil edəcəyini vurğulamışlar

Proqram Azərbaycan nümayəndə heyətinin şərəfinə təşkil olunan ziyafətlə başa çatmışdır. 09 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün qeyd olunması tədbirə xüsusi bir rəng qatmışdır. Alman həmkarlara Azərbaycan dövlətçilik tarixi, həmçinin,milli bayrağımzın atributikası və yaranma tarixi haqqında  geniş məlumat verilmişdir. Eyni zamanda, ortaq tarixlərə malik olan və  iki xalqı bağlayan tarixi dəyərlərə bir daha sayqı nümayiş olunmuşdur. Azərbaycanda Alman məskənləri və Naftalan neftinin Alman dövrü haqqında məlumatlar verilərək, elektron və çap məhsulları alman həmkarların böyük marağına səbəb olmuşdur.

Azərbaycan tərəfdən tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Təmiz şəhər”, "AzMirvari”, "ERA Marketing Center”,Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Azersun holding”, "Azinka HR&CC”, "Millennium Tourism Lufthansa City Center ”, "Az Ganata”, "North West Construction”, "Nur-Qida”, "Azinterpartlayish-x”, "Akkord”, "Baku Business Factory”, "ACT Azerbaijan”, "MhWirth” və "Trast B.V.” , KMT kimi şirkətlərin nümayəndələri iştirak ediblər

Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabət qabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.

OXŞAR XƏBƏRLƏR