Barselona turlarının qiyməti kəskin ucuzlaşır – Son Vəziyyət

Barselona turlarının qiyməti kəskin ucuzlaşır – Son Vəziyyət
Xəbərlər 10 Noyabr 2017 11:37 1678
Barselona turlarının qiyməti kəskin ucuzlaşır – Son Vəziyyət

İspaniyada baş verən məlum hadisələrlə bağlı Barselona turlarının qiymətlərində kəskin ucuzlaşma müşahidə olunur.

Bunu turizm şirkətinin getmə turizm departamentinin rəhbəri Ülfanə Mahmudova bildirib. Onun sözlərinə görə “Lufthansa” Hava Yollarının verdiyi endirimli aviabilet qiymətləri turlara da öz təsirini göstərir. “Ümumiyyətlə, otel qiymətləri də iki dəfə ucuzlaşıb. Bu hazırki vəziyyətlə əlaqədar ola bilər. Düşünürəm ki, turistlərin səyahəti üçün Barselona hələ də ən təhlükəsiz şəhərlərdəndir. Əyləncənin, tarixin, mədəniyyətin, şoppinqin bir araya gəldiyi bu şəhərə maraq hər zaman yüksək olub” – deyə Ülfanə Mahmudova bildirib.

Qeyd edək ki, Barselonaya 4 gecə 5 günlük turların qiyməti 550-600 AVRO arası dəyişir. Qiymətə Bakıdan aviabilet, otel, səhər yeməyi, transfer və sığorta daxildir. /TravelNews.Az-a/

OXŞAR XƏBƏRLƏR