Bakıda yeni 4 ulduz hotel açılıb - QİYMƏTLƏR

Bakıda yeni 4 ulduz hotel açılıb - QİYMƏTLƏR
Xəbərlər 11 Noyabr 2017 13:51 3304
Bakıda yeni 4 ulduz hotel açılıb - QİYMƏTLƏR

Bakıda yeni otel fəaliyyətə başlayıb.

Seyyah.az turizm portalı xəbər verir ki, 4 ulduzlu "Avenue Hotel"i Heydər Əliyev prospektində, hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə, İnter-Arena idman kompleksinin yaxınlığında yerləşir. 

Hoteldə 49 nömrə (5 Superior, 10 Suit ve 34 Standart nomrə) var. Qiymətlər otaqlardan asili olaraq bir və iki nəfərlik yerləşmələr üçün 70-90 manat, 80-100 manat və 100-120 manat arasında dəyişir. Korporativ müştərilər üçün adambaşına 10 manat endirim var. 

Parlaq dinamik üslubda olan nömrələr rahat istirahət üçün hər cür təchiz edilib: İqlim-kontrol sistemi, LED-televizor, seyf və telefon. Güclü səs və işıq izolyasiyası rahatlıq və sakit istirahəti təmin edir. Həmçinin yeni otelin infrastrukturuna 3 restoran da daxildir. Otelin bütün ərazisində pulsuz Wi-Fi fəaliyyət göstərir. 

"Avenue Hotel"dən seyyah.az-a bildirilib ki, hotel əsasən xarici qonaqlara xidmət üçün nəzərdə tutulub: "Əsasən İran, Qətər, Səudiyyə Ərəbistani, Pakistan və digər ölkələrin turistlərini gözləyirik, çünki gələn turistlərin əksəriyyəti bu ölkələrdəndir". 

OXŞAR XƏBƏRLƏR