Yeni xəbər portalı yaradılıb- www.agsunews.az

Xəbərlər 22 Iyul 2014 00:00 1149
Yeni xəbər portalı yaradılıb- www.agsunews.az

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsuda gördüyü işlərin xəbər formatında yayılması, eləcə də Ağsunun inkişaf və qayğılarının xəbərləşdirilməsi üçün yeni layihəyə start verir. Seyyah.az xəbər verir ki, MİRAS İctimai Birliyi Milli Mətbuat günündə www.agsunews.az xəbər portalı yaradıb.  


Portalın təsisçisi və redaktoru tarix üzrə fəlsəfə doktoru,  MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillidir. F.Xəlilli bildirib ki, Ağsuda və Bakıda ilkin mərhələdə könüllü, layihə özünü doğruldacağı təqdirdə müvafiq şərtlərlə müxbirlərinin fəaliyyət göstərməsi planlaşdırılır: "Daha çox ictimai, sosial, iqtisadi, mədəni, turizm eləcə də elmi mövzularda xəbərlərin paylaşılacaq portalda Ağsu haqqında əksər vacib məlumatların yerləşdirilməsi də nəzərdə tutulub. Ağsudakı rəsmi qurumlarla, qeyri-hökumət və kommersiya təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan portal rayon əhalisinin online media sahəsində maariflənməsi üçün də layihələr həyata keçirməyi planlaşdırır”.

OXŞAR XƏBƏRLƏR