"Qatar Airwais" aviaşirkəti bəzi Yaxın Şərq ölkələrinin boykot etməsi səbəbindən marşrutlarının 1%-ni, gəlirlərinin isə 20%-ni itirib.
Səyyah.az turizm portalı "Arabian Business"ə istinadən xəbər verir ki, mövcud böhran səbəbindən şirkət bəzi marşrutlardan imtina edib, bəzilərinə isə dəyişiklik edib. Şirkətin icraçı direktoru Əkbər əl-Bakir bildirib ki, "bu səbəbdən bəzi marşrutlar 2,5 saata yaxın uzanıb, digərlərində isə uzaq məsafələrə görə kiçik təyyarələr iriləri ilə əvəzlənib".
Qeyd edək ki, iyun ayında S.Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik əlaqələri kəsib və bu ölkənin aviaşirkətinin öz hava məkanından istifadəsinə qadağa qoyub.