Azərbaycanda Turizm Forumu keçiriləcək - FƏRQLİ FORMATDA

Azərbaycanda Turizm Forumu keçiriləcək - FƏRQLİ FORMATDA
Xəbərlər 12 Noyabr 2017 19:28 1066
Azərbaycanda Turizm Forumu keçiriləcək - FƏRQLİ FORMATDA

Noyabr ayının 25-də, Holiday İnn otelində Azərbaycan Turizm Forumu tam fərqli formatda, Turizm Biznes Klubunun təşkilati dəstəyi ilə artıq ikinci dəfə keçiriləcək. Seyyah.az turizm və səyahət portalı xəbər verir ki, Forumda Bakıda və Regionlarda olan turizm şirkətləri və otellərinin, eyni zamanda bələdçilər və restoratorların da iştirakı planlaşdırılır.

Turizmdə karyerasını qurmaq istəyən, özünü bu sahəyə həsr edən hər kəs forumun qonağı ola bilər.

Turizm Forumu turizm sahəsində istər yerli, istərsə də xarici mütəxəssislərin öz təcrübəsini paylaşdığı yeganə platformadır.

Tədbirin media tərəfdaşı seyyah.az turizm və səyahətlər portalıdır. Forumla bağlı bütün yenilikləri, forumun gedişini və spikerlərin çıxışını seyyah.az portalından və portalın Facebook səhifəsindən www.facebook.com/Seyyahaz1/  izləyə bilərsiniz. 

Tədbirdə iştirak biletlədir. Biletləri www.turizmforumu.az saytına daxil olaraq, bilet sifariş et bölməsindən əldə edə bilərsiniz. Bakı şəhəri daxilində biletin çatdırılması pulsuzdur.

Forumu Facebook rəsmi səhifəmizdən https://www.facebook.com/turizmforumuazerbaycan/ izləyə bilərsiniz.

Turizmin inkişafında sizin də qatqınız olsun. Gəlin, maraqlı olacaq!

OXŞAR XƏBƏRLƏR