Almaniyada “11.11, 11:11” festivalı keçirilib

Almaniyada “11.11, 11:11” festivalı keçirilib
Xəbərlər 12 Noyabr 2017 20:49 524
Almaniyada “11.11, 11:11” festivalı keçirilib

Noyabrın 11-də saat 11:11-də ("11.11, 11:11") ənənəvi Reyn karnavalı başlanıb. Onu Almaniyada “ilin beşinci fəsli” adlandırırlar. Ənənəyə görə, karnaval kütləvi xalq gəzintiləri ilə başlayır. Karnavalın əsas mərkəzləri Köln, Düsseldorf və Maynts şəhərləridir.

Seyyah.az turizm və səhahətlər portalı xəbər verir ki, yağışa və havanın soyuq olmasına baxmayaraq, on minlərlə insan maskarad kostyumlarında Köln, Düsseldorf, Maynts, Bonn və digər şəhərlərin küçə və meydanlarına karnaval mövsümünün başlanmasını qeyd etmək üçün çıxıblar.

Kölnün mərkəzi meydanlarında o qədər çox insan toplaşıb ki, polis iştirakçı axınını məhdudlaşdırmaq məqsədilə ətraf küçələri bağlamağa məcbur olub. Şəhərdə xalq gəzintiləri burqomistr Xenriette Rekerin “ilin beşinci fəsli”nin başlanması haqqında fərman imzalamasından sonra start götürüb.

Düsseldorfda karnavalının rəmzi olan təlxək Xoppeditsin oyadılmasına və onun şəhər burqomistri ilə ənənəvi çığır-bağırına yaxından tamaşa etmək üçün yüzlərlə insan maskarad kostyumlarında şəhər ratuşasına gəlib. Ənənəyə görə, təlxək şəhər hökumət orqanlarına istehzalı nitqlə müraciət edib, onların qüsurlarını sadalayıb; ratuşanın balkonunda dayanan şəhər burqomistri Tomas Qayzel isə etiraz etməyə və məmurların təmiz adını qorumağa çalışıb.

“İlin beşinci fəsli” bu dəfə 2018-ci il fevralın 14-nə təsadüf edən “küllü çərşənbə”yədək davam edəcək. İki gün əvvəl - “qəzəbli bazar ertəsində” isə karnaval kulminasiya nöqtəsinə çatacaq və Reynin əksər şəhərlərində parlaq küçə yürüşləri keçiriləcək.

OXŞAR XƏBƏRLƏR