Sanatoriyalarda hazırkı vəziyyət necədir ? – ARAŞDIRMA (1-ci hissə)

Sanatoriyalarda hazırkı vəziyyət necədir ? – ARAŞDIRMA (1-ci hissə)
Xəbərlər 13 Noyabr 2017 10:22 666
Sanatoriyalarda hazırkı vəziyyət necədir ? – ARAŞDIRMA (1-ci hissə)

Səyyah.az turizm portalı xəbər verir ki, turistlərin və turizm agentliklərinin qış mövsümünə, əsasən də yeni il turlarına hazırlaşdığı dövrdə travelnews.az həm Azərbaycan, həm də xarici sanatoriyalardakı turist sayı və qiymətlərlə bağlı araşdırma hazırlayıb. Nəzərə alsaq ki, müalicə turizminin əsas mövsümü maydan başlayıb sentyabr və ya oktyabr aylarının ortlarında bitir, araşdırma zamanı turist azlığı və qiymət ucuzluğu ilə qarşılaşacağımızı düşünürdük. Amma…

Bilgəh Kardioloji Sanatoriyasıdan bildirdilər ki, əsas mövsüm sonda çatsa da hazırda sanatoriyada turist sıxlığı müşahidə olunur və 200-dən çox insan var. Qiymətlər isə 650 – 1050 AZN arası dəyişir. Bu qiymətlərə yerləşmə, gündə üç dəfə qidalanma və 15 günlük müalicə daxildir.

Naftalanda yerləşən “Garabag Resort&Spa” sanatoriyasından isə fəsilin böyük rol oynamadığını bildirdilər və hazırda yerlərin 95%-nın dolu olduğunu dedilər. İki nəfərlik qiymətlər 149 AZN (müalicəsiz) – 159 AZN (müalicəli) arasında dəyişir. Eyni zamanda qiymətlərə gündə 3 dəfə qidalanma və yerləşmə də daxildir. Müalicə paketləri minimum 7 gecədən başlayır.

“Qalaaltı Hotel &SPA” sanatoriyasından bildirdilər ki, əsl mövsüm elə indidir. Sanatoriyada boş yer yoxdur. Müalicə paketinin qiyməti 931 AZN təşkil edir. Bu paketə bir həftə, iki nəfər üçün yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma və SPA daxildir.

 

OXŞAR XƏBƏRLƏR