“Türk Hava Yolları” rekord gəlir əldə edib - MƏBLƏĞ

“Türk Hava Yolları” rekord gəlir əldə edib - MƏBLƏĞ
Xəbərlər 13 Noyabr 2017 10:58 517
“Türk Hava Yolları” rekord gəlir əldə edib - MƏBLƏĞ

  Bu ilin III rübündə “Türk Hava Yolları”aviaşirkətinin əldə etdiyi xalis əməliyyat mənfəəti 939 milyon ABŞ dollar təşkil edib ki, sözügedən rüb əvvəlki illərin analoji dövrləri ilə müqayisədə ən mənfəətlisi olub. 

  Səyyah.az turizm portalı xəbər verir ki, “Türk Hava Yolları”-dan fins.az-a verilən məlumata görə, aviaşirkətin 2017-ci ilin əvvəlindən etibarən tətbiq etdiyi maliyyə intizamı və tələbatın dinamik idarə olunması sistemi sayəsində şirkət cari ilin III rübündə rekord həcmdə – 939 mln. ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Doqquz ay ərzində bu göstərici 956 mln.ABŞ dolları təşkil edib.

2017-ci ilin III rübündə şirkətin ümumi gəlirləriötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 3,6 mlrd. ABŞ dolları təşkil edib. Yanvar-sentyabr aylarında orta ümumi gəlir 8% artıb və 8,2 mlrd. ABŞ dollarına çatıb.

“Türk Hava Yolları”nın maliyyə hesabatına əsasən, 2017-ci ilin III rübü ərzində vergi, faiz, aşınma, amortizasiya və icarə (EBITDAR) ödəmələrinədək mənfəət 90% artaraq 1,5 mlrd. ABŞ dolları təşkil edib. EBITDAR üzrə rentabellik 41% təşkil edib və bu da“Türk Hava Yolları”nı dünyanın ən gəlirli aviaşirkətlərindən birinə çevirir.

“Bu ilin üçüncü rübündə qeydə alınmış xalis mənfəət “Türk Hava Yolları”nın gəlir əldə etmək qabiliyyətini əyani şəkildə nümayiş etdirir.Bizim aviaşirkət böyük bir ailədir və bu ailənin ümumi məqsədi var – dünyanın aparıcı beşulduzlu aviaşirkətlərindən biri olmaq. Aviaşirkət sərnişinlərə xidmət keyfiyyətində heç bir güzəşt etmədən artmağa və inkişaf etməyə davam edəcək. Türkiyənin ən böyük ixrac şirkəti olaraq, biz İstanbulu mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi təmsil etməyə davam edəcəyik”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

Maliyyə nəticələrinə əsasən, bu ilin sentyabr ayında sərnişin oturacaqlarının məşğulluq əmsalı 81,5% təşkil edib ki, bu da sentyabr ayı üçün son 5 il ərzində rekord göstəricidir. 2017-ci ilin üçüncü rübündə aviaşirkət tərəfindən 21,3 mln. sərnişinə xidmət göstərilib və bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Beləliklə, 2017-ci ilin ilk doqquz ayı ərzində şirkət 52 mln. sərnişin daşıyıb, bu zaman sərnişin oturacaqlarının məşğulluq əmsalı 79% təşkil edib. Yanvar-sentyabr ayları ərzində görülən sərt maliyyə tədbirləri sayəsində aviadaşıyıcının əməliyyat xərcləri 6% azalıb.

“Türk Hava Yolları”nın törəmə bölməsi olan “Turkish Cargo” aviaşirkəti 2017-cu ilin üçüncü rübünün sonuna olan vəziyyətə görə, istiqamətlərin sayını 55-dən 72-dək artırıb və 29% artım göstərərək 294 min ton yük daşıyıb. Hesabat dövründə “Turkish Cargo” şirkətinin gəliri ötən ilin analoji vaxtı ilə müqayisədə təxminən 40% artaraq 343 mln. ABŞ dollarına çatıb. Bu yaxınlarda isə “Turkish Cargo” "Asiyanın ən yaxşı yük aviaşirkəti" adına layiq görülüb.

“Türk Hava Yolları”cari ilin III rübündə Samara (Rusiya) və Pxuketə (Tailand)birbaşa uçuşlara başlayıb ki, bununla daTürkiyənin milli aviaşirkəti tərəfindən yerinə yetirilən uçuş istiqamətlərinin sayı 300-ə çatıb, onlardan 49-u daxili və 251-i isə beynəlxalq (120 ölkə) aviareyslərdir. Şirkətin aviaparkı dünyanın ən yeni aviaparklarından biri hesab olunur ki, burada 329 təyyarə mövcuddur, onlardan 223-ü dar gövdəli, 90-ı geniş gövdəli, 16-sı isə yük avialayneridir.

OXŞAR XƏBƏRLƏR