Kıvanç Tatlıtuğ OTEL tikdirəcək

Hazırda serial çəkimləri ilə bağlı Rusiyada olan Tatlıtuğ Türkiyəyə dönən kimi sənədləşdirmə işlərinə başlayacaq.
Xəbərlər 18 Yanvar 2014 00:00 1470
Kıvanç Tatlıtuğ OTEL tikdirəcək

Tanınmış türk aktyor Kıvanç Tatlıtuğ otel tikdirmək üçün Türkiyədə ərazi alıb. Seyyah.az-ın Türkiyə mətbuatına istinadən veridiyi  məlumata görə,  aktyor Sarıyerdəki  Garipçə kəndində aldığı ərazidə otel və restoran inşa etdirəcək.

 

Hazırda serial çəkimləri ilə bağlı Rusiyada olan Tatlıtuğ Türkiyəyə dönən kimi sənədləşdirmə işlərinə başlayacaq. Aktyor bununla bağlı bütün yatırım işlərini atasına həvalə edib. O, atasına “Mən Türkiyəyə dönənədək yaxşı bir memar tap”-deyib.

OXŞAR XƏBƏRLƏR