Ölkəmizdə fəaliyyət göstərən məşhur otel brendi Excelsior Hotel Baku hər kəsə 14 və 25 manat olan səhər yeməyi və biznes lunch təqdim edir.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, biznes lunch-a 6 cür yemək daxildir. Bura sup mal toyuq və balıq ətindən müxtəlif cür yeməklər salatlar şirniyyatlar və suşi daxildir. Biznes lunch-ın qiyməti 14 manatdır. Biznes lunch həftə içi 5 gün 12:00-dan 15:00- kimi təqdim edilir.
Bundan başqa otel qonağı olmayanlar belə Excelsior hotelin təqdim etdiyi səhər yeməyindən faydalana bilərlər. Oteldə səhər yeməyi 25 manatdır. Menyuya müxtəlif çeşiddə səhər yeməkləri daxildir. Otelin restoranında səhər yeməyi həftənin 6 günü 07:00-dan 10:00 kimi bazar günləri isə 07:00-dan 11:00-kimi təqdim edilir.