“Şahdağ”da Latın Amerikası rəqsləri üzrə festival keçirilib – Fotolar

“Şahdağ”da Latın Amerikası rəqsləri üzrə festival keçirilib – Fotolar
Xəbərlər 13 Noyabr 2017 15:02 552
“Şahdağ”da Latın Amerikası rəqsləri üzrə festival keçirilib – Fotolar

Noyabrın 11-də “Şahdağ” Turizm Mərkəzində Latın Amerikası rəqsləri üzrə festival keçirilib.

  Səyyah.az  turizm portalı xəbər verir ki, əvvəlcədən elan edildiyi kimi, festivalda Amerika Birləşmiş Ştatları və İspaniyadan dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü iştirak edib, paytaxtımızın ən məşhur Latın Amerika rəqsi məktəblərinin nümayəndələrinə master-klass keçib. “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirakı ilə tədbirdə 220-dən çox rəqqas iştirak edib.

Tədbirin birinci hissəsində İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəlikləri barəsində təlim keçib, ikinci hissəsi isə əsl bayram əhval-ruhiyyəsi ilə davam edib.

Tədbir iştirkakçılarına sürpriz olaraq Gürcüstan Milli Sosial Rəqs Federasiyasının prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə də master-klass təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə nəinki paytaxtda, eləcə də region ölkələrində kifayət qədər çox maraq göstərildiyindən festivalın ənənə halını alaraq hər il və daha geniş miqyasda keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR