2017-ci ilin ilk 10 ayı ərzində bu qədər turist gəlib

2017-ci ilin ilk 10 ayı ərzində bu qədər turist gəlib
Xəbərlər 14 Noyabr 2017 09:12 524
2017-ci ilin ilk 10 ayı ərzində bu qədər turist gəlib

2017-ci ilin 10 ayı ərzində ölkəyə gələn xarici vətəndaşların sayında 20.1% artım müşahidə olunub.

Səyyah.az turizm portalı Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub. Onlardan 727 577 Rusiya Federasiyası, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri ,  54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14  faiz və 10.9 faiz təşkil edib.   

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olmuşdur. Belə ki, bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.

OXŞAR XƏBƏRLƏR