AZAL İsrailə aviauçuşları dayandırmır

ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə və Rusiya aviaşirkətləri isə uçuşları dayandırıb
Xəbərlər 23 Iyul 2014 00:00 974
AZAL İsrailə aviauçuşları dayandırmır
Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailə aviareyslərin yerinə yetirilməsini davama etdirir. Bu gün saat 09:44-də Bakıdan İsrailə təyyarə uçub. Seyyah.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

 

O, deyib ki, hələlik İsrailə uçuşların dayandırılması nəzərdə tutulmayıb: “Çünki İsrail hökuməti təhlükəsizliyə təminat verir”. 

 

Xatırladaq ki, ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə  və Rusiya aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

 
OXŞAR XƏBƏRLƏR