Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar
Xəbərlər 14 Noyabr 2017 10:41 789
Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

“ONLARIN BAKI HAQQINDA TƏƏSSÜRATLARI HEÇ DƏ YAXŞI OLMAYACAQ”

velo 2 - Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

Səyyah.az turizm portalı xəbər verir ki, velosipedlə dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar. Bu barədə “Facebook”-da səyyahın dost-tanışları yazıb. Onlar səyahətçinin düz bir ildir tura çıxdığını, Bakıya gəldiyi gün velosipedinin oğurlandığını deyirlər:

“Valentin və iki yoldaşı Bakıyadək 7000 km-dən çox yol gəliblər. Onlar səyahətlərinə Fransadan başlayıblar. Almaniya, Balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcüstandan keçib bir həftə əvvəl Bakıya gəliblər. Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirdilər”.

velo 1 - Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

 

Səyahətçiləri tanıyanlar deyirlər ki, onların fikri sadəcə gəzmək yox, yerli insanlardan müsahibələr götürüb, sənədli film hazırlamaq da olub:

“Artıq əllərində 100 saatdan çox video-müsahibə də var. Görünür, Bakı haqqında təəssüratları heç də yaxşı olmayacaq. Gəldikləri bir gün dolmayıb ki, Valentinin velosipedini oğurlayıblar”.

OXŞAR XƏBƏRLƏR