Gürcüstanda Yeni İldə oteldə qonaqlamaq neçəyədir ? – QİYMƏTLƏR

Gürcüstanda Yeni İldə oteldə qonaqlamaq neçəyədir ? – QİYMƏTLƏR
Xəbərlər 14 Noyabr 2017 15:30 1538
Gürcüstanda Yeni İldə oteldə qonaqlamaq neçəyədir ? – QİYMƏTLƏR

Nəinki Yeni İl bayramında həmçinin başqa günlərdə də azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamət Gürcüstandır.

Səyyah.az turizm portalı xəbər verir ki, bu Yeni İl bayramında da azərbaycanlı turistlərin daha çox bu ölkəyə gedəcəklərini nəzərə alaraq fins.az Tiflisdəki otellərin qiymətini öyrənib.

Nine otel

3 ulduzlu Nine otel paytatx Tiflisdə Mtexi kilsəsindən bir qədər aralıda yerləşir. Həmçinin yaxınlıqda Avlabari metrostansiyası yerləşir.

Oteldə reception 24 saat işləyir. Otel avtomobili olan qonaqlar üçün ödənişsiz dayanacaq xidməti təklif edir. Qiymətlərə gəlincə isə 31 dekabr 1 yanvar tarixlərində adı çəkilən oteldə qonaqlamaq bir nəfər üçün 77 manatdır.

Otel İmperial

Ulduz təsnifatı olmayan bu mehmanxana Tiflis zooparkının yaxınlığında yerləşir. Oteldə otaqlar bütün lazımi avadanlıqlarla təchiz olunub. Otel qiymətlərinə gəlincə isə 31 dekabr 1 yanvar bir nəfərin qonaqlaması 34 manatdan başlayır. Mehmanxanada iki nəfərlik otaqda bir nəfərin qonaqlaması 34 manatdır. 3 nəfərlik komfort otaqda bir nəfərin qonaqlaması isə 64 manatdır.

Mkudro otel

Otel şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Mehmanxananın qonaqları otelin həyətində barbuki də hazırlaya bilərlər. Qonaqlara transfer xidmətləri də təklif olunur. İki nəfərlik otaqda bir nəfərin qonaqlaması 42 manatdır. Səhər yeməyi üçün isə adambaşına 4 manat ödəmək lazım olacaq. Oteldə cəmi 45 nömrə var.

Hotel Residence Hill

3 ulduzlu otel şəhər mərkəzinə yaxın ərazidə yerləşir. Oteldə yeməklər İsveç masası şəklində verilir. Bir nəfərin 31 dekabr 1 yanvar tarixlərində oteldə qonaqlaması 77 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İki nəfərlik və eyvanlı otaqda bir nəfərin qonaqlamsı isə 102 manatdır. 3 nəfərlik otaqda nir nəfərin qonaqlaması isə 109 manatdır.

Costé Hotel

4 ulduzlu Coste Hotel Rustavelli metrostansiyasının yaxınlığında yerləşir. Oteldə 31 dekabr və 1 yanvar tarixlərində qonaqlamaq 294 manatdan başlayır. Göstərilən qiymətə səhər yeməyi də daxildir.

OXŞAR XƏBƏRLƏR