"Bizdəkindən ucuz qiymət ola bilməz,olsa əlavə endirim edirik"- YENİ XİDMƏT

"Bizdəkindən ucuz qiymət ola bilməz,olsa əlavə endirim edirik"- YENİ XİDMƏT
Xəbərlər 14 Noyabr 2017 16:01 980
"Bizdəkindən ucuz qiymət ola bilməz,olsa əlavə endirim edirik"- YENİ XİDMƏT

Azərbaycanda ilk dəfə olaraq otellərin bron sistemi işə düşüb.

Səyyah.az turizm portalı xəbər verir ki, Hotels24.az adlanan yerli xidmət Azərbaycan üzrə otel və mənzilləri ödənişsiz bron etmək imkanı verir. Sistem nəinki yerli həmçinin booking.com, agoda.com, hotels.com, expedia və digərləri kimi toplamda 67 onlayn bron sistemi ilə çalışmaqla 205 ölkədə 700.000-dən çox oteli tapıb, qiymətlərini müqayisə etmək imkanı yaradır.

Sistemin üstünlüklərindən biri də qonaqlamaq üçün otel və ya ev axtaran şəxsin vaxt itirmədən məqsədinə çatmaq imkanıdır. Adı çəkilən xidmətdən istifadə etməklə həm vaxtınıza qənaət etmiş olacaqsız həm də daha ucuz qiymətə axtardığınızı tapacaqsız. Hotels24.az xidməti müştərilərini əmin edir ki,mövcud onlarla onlayn bron sistemləri arasında Hotels24.az-da təklif olunandan  ucuz qiymət ola bilməz. Əgər bu cür olduğu halda müştəriyə əlavə endirimlər edilir. 

Bundan başqa Hotels24.az-ın xidmətindən yararlanmaqla istifadəçilər xüsusi bonuslar toplamış olacaqlar. Bu bonusları isə aviabiletə tura və ya otelə dəyişmək olar. Həmçinin online bolkart vasitəsi ilə ödəniş olduğu halda 3%-dek karta cash back qayıdır.

OXŞAR XƏBƏRLƏR