Bakıda türk filmləri həftəsi - GİRİŞ PULSUZDUR

Bakıda türk filmləri həftəsi - GİRİŞ PULSUZDUR
Xəbərlər 14 Noyabr 2017 22:35 1379
Bakıda türk filmləri həftəsi - GİRİŞ PULSUZDUR

Noyabrın 16-dan Bakıda 3-cü “Türk filmləri həftəsi”nə start verilir.

Seyyah.az turizm və istirahət portalı xəbər verir ki, film həftəsi Türkiyənin “Yerli düşüncə dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyinin dəstəyi ilə reallaşacaq.

Nizami Kino Mərkəzində keçiriləcək rəsmi açılış mərasimindən sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş etdiriləcək.

Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər göstəriləcək. Tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir.

“Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə və Azərbaycan filmlərinin qarşılıqlı şəkildə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Film həftəsi noyabrın 20-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR