Dünyanın səxavətli ölkələri-SİYAHI

Dünyanın səxavətli ölkələri-SİYAHI
Xəbərlər 15 Noyabr 2017 10:07 501
Dünyanın səxavətli ölkələri-SİYAHI

Xeyriyyə Təşkilatlarına Yardım Fondu dünyanın ən çox ürəyi açıq olan ölkələrinin adlarını açıqlayıb.

Səyyah.az turizm portalı "The Telegraph"-a istinadən xəbər verir.  

 Fondun mütəxəssisləri "dünyanın öndə gedən səxavətliliyini öyrənirlər". Dünyanın 100-dən çox ölkəsinin nümayəndələri üç kriteriya üzrə qiymətləndirmə aparıb. Hər bir dövlətə dünya indeksi verilib və bunun əsasında mehribanlıq və səxavətlilik reytinqi tərtib edilib.

Reytinqin müzakirə edilməyən lideri Myanmadır. Araşdırmaya görə, bu ölkənin sakinlərinin 91% -i keçən il xeyriyyəçilik üçün pul ayırıb, 53% -i isə xaricilərə kömək etdiyini və 51% -i müxtəlif təşkilatlara yardım etmək üçün könüllü olduqlarını söyləyiblər. Myanmarın ümumi indeksi 65% -dir. Deyilənlərə görə yüksək nəticələrin səbəbi Myanma əhalisinin əhəmiyyətli bir hissəsi tərəfindən tətbiq edilən "Theravada" buddizmidir.  

Daha sonra reytinq sırası İndoneziya (60%), Keniya (60%), Yeni Zelandiya (57%) və ABŞ (56%) olaraq davam edir.  Mütəxəssislər, Avstraliya, Kanada, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Hollandiya sakinlərinin səxavətini də qeyd edib. Xaricdən gələn qonaqlara ən çox yardım edən ölkələrin siyahısına isə  Sierra Leone, İraq, Liviya, Keniya və Liberiya daxil edilib. 

Səxavətli olaraq Azərbaycanın da adı siyahıda var.

Səxavətli olmayan ölkələrin siyahısı isə belə tərtib olunub - Yəmən, Çin, Litva, Gürcüstan, Latviya, Çexiya, Ermənistan, Xorvatiya...

OXŞAR XƏBƏRLƏR