Lüks təyyarədə uçuş belə olur – ŞƏRAİT, FOTOLAR

Lüks təyyarədə uçuş belə olur – ŞƏRAİT, FOTOLAR
Xəbərlər 15 Noyabr 2017 10:48 1218
Lüks təyyarədə uçuş belə olur – ŞƏRAİT, FOTOLAR

“Emirates” aviaşirkəti “Boeing 777” təyyarələrində yenilənmiş 1-ci sinif və biznes-klass salononu təqdim edib. Səyyah.az turizm portalı xəbər verir ki, təqdimat noyabrın 12-də  Birləşmiş Ərəb Əmirliklərinin Dubay Şəhərində keçirilən "Dubai Airshow" Beynəlxalq Aviasalonunda keçirilib.

1-ci sinif və biznes-klass salonlarının yeni dizaynı lüks avtomobillərin, xüsusilə də Mercedes-Benz S-класс avtomobillərinin dizaynından ilhamlanaraq tərtib edilib. Yeri gəlmişkən, aviaşirkət 1-ci sinif salonun sərnişinləri üçün taksi  xidməti də göstərəcək.

Əlbəttə ki, bu cür lüks xidmət ucuz ola bilməz. Misal üçün,  Dubay-Cenevrə və Dubay-Brüssel marşrutlarında hər iki istiqamətə bilet  9000 dollara başa gələcək.

Beləliklə, bu pula siz öz sərəncamınıza tabe olan, döşəmədən tavanadək quraşdırılmış siyirtmə qapılara malik  tam qapalı bir otaq kirayələmiş olursunuz. Kupe-salon nədənsə dünyadakı ən bahalı qatarda olan kupeyə bənzəyir. Lüks kupe-salonun sahəsi ən az 4 kv. metrdir. Kompaniya rəsmilərinin açıqlamalarına görə hətta kreslo-çarpayının yanındakı yer soyunub-geyinmək üçün də kifayət qədər əlverişlidir. 

ФОТО: Как проходит полет в обновленном первом классе Emirates

1-ci sinif salonun ortasında yerləşən xüsusi kupe-salonlar krem, boz və qızılı rənglərdədir. Bu rənglər də  lüks avtomobillərin interyerini xatırladır.  Rahat dəri kreslo, intellektual işıqlandırma sistemi və fərdi mini bar kupe-salonda xüsusi rahatlıq yaradır. Bundan başqa, hər bir kupe   32 düym diaqonalı televizorla da təchiz edilib.

Ümumi salonun ortasında yerləşən kupenin sərnişinlərinin təyyarənin  “virtual illüminatorlar” adlandırılan xarici kamerasının görüntülədiyi kadrları izləmə imkanları da var.  Bu kupe-salonlarda oturanlar nümayişi izləmək üçün xüsusi durbin də əldə edirlər.

Siyirtmə üsulu ilə açılan qapılarda yerləşən xüsusi pəncərə vasitəsilə sərnişinlər qapını açmadan sifarişlərini verə, qəbul edə bilərlər.

ФОТО: Как проходит полет в обновленном первом классе Emirates

Biznes-klass salon da ciddi şəkildə dəyişib. Sərnişinlər yeni kreslolarda lüks avtomobillərdəki qədər rahat olan oturacaqlarda otura biləcəklər. Təbii ki, televizor olmadan uçmaq cansıxıcı olar, hər sərnişinə özəl televizor da var.

ФОТО: Как проходит полет в обновленном первом классе Emirates

Ancaq  ekonom sinif sərnişinləri dəri kreslolar və arxa söykənəcəyə birləşdirilmiş  kiçik balışlarla kifayətlənməli olurlar.

Hər oturacağın arxasına bərkidilmiş ekranda uçuş saatı barədə məlumatlar göstərilir və əyləncə məqsədli istifadəsi də mümkündür.

OXŞAR XƏBƏRLƏR