Bakıdan Bişkekə və Həştərxana təyyarə reysi açılır

Xəbərlər 23 Iyul 2014 00:00 1404
Bakıdan Bişkekə və Həştərxana təyyarə reysi açılır

Oktyabrın 26-dan başlayaraq, “Azərbaycan Hava Yolları” QSC Bakı-Bişkek-Bakı istiqamətində müntəzən uçuşların yerinə yetirilməsinə başlayır.Seyyah.az--ın AZAL-a istinadən verdiyi məlumata görə, Bakıdan uçuş bazar günləri saat 10.10-da, Bişkekdə eniş 15.10, Bişkekdən uçuş saat  16.30-da və  Bakıda eniş saat 17.55-də nəzərdə tutulur.

Eyni zamanda uçuş Çərşənbə axşamı  da nəzərdə tutulur. Uçuşlar müasir və komfortlu Aerobus tipli hava gəmiləri ilə həyata keçiriləcək.


BAKI-HƏŞTƏRXAN-BAKI

Eyni zamanda, AZAL 03 noyabr 2014-cü il tarixindən başlayaraq, “Azərbaycan Hava Yolları” QSC Bakı-Həştərxan-Bakı istiqamətində (Bazar ertəsi/Çərşənbə axşamı günləri) müntəzən uçuşların yerinə yetirilməsini bərpa edir

Bakıdan uçuş saat 19.00-da,   Həştərxanda eniş 19.20-da, Həştərxanda uçuş saat 03.15-də və  Bakıda eniş saat 05.35 –də nəzərdə tutulur.

Uçuşlar müasir və komfortlu  Embraer tipli hava gəmiləri ilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR