Roma fəvvarələrinə atılan dəmir pulların aqibəti necə olur?

Roma fəvvarələrinə atılan dəmir pulların aqibəti necə olur?
Xəbərlər 15 Noyabr 2017 12:06 549
Roma fəvvarələrinə atılan dəmir pulların aqibəti necə olur?

Əsasən turistlərin Roma fəvvarələrinə atdığı dəmir pullar daha xeyriyyə işlərinə sərf olunmayacaq.

Səyyah.az turizm portalı "ilGiornale"-ə istinadən xəbər verir ki, fəvvarələrə atılan pullar bələdiyyənin büdcəsinə gedəcək.  Qanun 2018-ci ildən qüvvəyə minəcək. Məlumata görə hər il fəvvarələrin içərisindən təxminən 1 milyon avro pul yığılır. Gələn ildən pulun hansl istiqamətə sərf olunmasını şəhərin meri özü müəyyən etmiş olacaq.

Qeyd edək ki, fəvvarəyə dəmir pul atmaq qədimdən qalmış bir adətdir. Deyilənlərə görə hardasa öz əşyanı buraxırsansa , həyat onu götürmək üçün yenidən səni həmin məkana qaytaracaq. 
Roma ilə yanaşı ABŞ-da Disney World fəvvarəsindən ildə 18 000 ABŞ dolları yığılır. Moskvada isə fotandan yığılan pullar incələnmədən tullantı kimi atılır...

OXŞAR XƏBƏRLƏR