Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI və QİYMƏTLƏR

Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI və QİYMƏTLƏR
Xəbərlər 15 Noyabr 2017 12:50 12443
Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI və QİYMƏTLƏR

Əksəriyyətimiz qazandığımız pulun müqabilində normal həyat yaşamağın, keyfiyyətli qidalanmanın, komfortun bahalı olduğunu düşünürük.

Qidalanma insan orqanizmi üçün vacib amil olduğu üçün qazandığımız pulun böyük miqdarını bunun üçün xərcləyirik. İtirdiyimiz enerjinin yerini doldurmaq üçün keyfiyyətli qidalanma şərtdir. Amma təbii ki, bu büdcəmiz üçün də əlverişli olmalıdır.  Xüsusilə iş həyatı qaynar olanlar üçün hər gün “fast-food” yemək sağlamlıq üçün təhlükəlidir. Buna görə bir çoxumuz ev yeməyinə bənzər, həmçinin maddi gücümüzü aşmayan menyu axtarışındayıq.  Səyyah.az məşhur kafe və restoranlarda ən sərfəli qiymətə təklif edilən biznes-nahar menyularını təqdim edir.

 

«Tərxun Restoran»

Tərxun Restoranda biznes naharı həftə içi hər gün 11 manata edə bilərsiniz. Təklif edilən menyuda 4 çeşid şorba (dəyişən çeşidlər) , 4 çeşid isti yemək (səbzi plov, yarpaq dolması, kotlet, piti),  4 çeşid salat, turşu və sərinləşdirici içki var.

 

«Excelsior Hotel»

Excelsior Hoteldə biznes naharı üçün təyin edilən qiymət həftə içi 5 iş günü saat 12:00-15:00-dək qüvvədədir. 14 manat ödəyərək siz istədiyiniz qidadan istıədiyiniz qədər yeyə bilərsiz. Oteldən bildirirlər ki, açıq bufet biznes naharın menyusu hər gün yenilənir. Ümumilikdə nahar bu çeşidlərdən ibarətdir: 6 çeşid isti yemək və qarnir, şorba, suşi, 24 çeşid salat və qəlyanaltılar, 14 çeşid desert və meyvə, çay, kofe, qazlı ickilər  və təbii şirələr. 3 yaşadək uşaqlara görə nahar üçün pul ödənişi tələb edilmir.

 

«Anadolu»

Anadolu restoranında biznez-nahar iş günləri saat 12-16 arasında mümkündür.  Nahar üçün 9 manat ödəməli olacaqsınız. Bu qiymətə 3 çeşid isti yemək, 3 çeşid qarnir, 3 növ salat, 3 növ şorbadan istədiyinizi seçmə imkanı daxildir. Qiymətə həmçinin su və qazlı içki də əlavə edilib.

 

“Colorit Cafe”

Colorit Cafedə biznes naharı hər gün dəyişən menyu ilə edə bilərsiniz. Məsələn  3.90 -4.90 qiymətləri ilə saat 12:30-dan 15:30-dək toyuq şorbası, paytaxt və ya kahı salatı, mal əti qovurması düyü ilə və ya sobada toyuq düyü ilə,  tort, çay, ayran, qazlı içkilər daxil olan menyudan yararlana bilərsiniz.

 

“Movida - Lounge & Dining”

Movida - Lounge & Diningdə biznes nahar üçün 2 və 3 seçimli iki müxtəlif qiymətə menyu təklif edilir. 12.5 AZN və  15.5 AZN müqabilində menyuda balıq, çuğundur, kələm salatları, günə özəl şorba, toyuq kotleti və ya şaurma, pizza, toyuq əlavəli düyü, burger, mal əti medalyon, toyuq paupiette təklif edilir. Yeməkdən sonra ağzınızı şirin etmək istəsəniz menyuda şaftalı karamel, şokaladlı fondant, almalı tart, çizkeyk də var. Biznes lanç menyusu bazar ertəsindən başlayıb cümə gününə kimi saat 12:00-dan 15:00-dək xidmətinizdədir.

 

“Namlı Kabab”

“Namlı Kabab” restoranında biznes lanç menyudan asılı olaraq 10 manat, 12 manat və 15 manat nəzərdə tutulub.

 

“Atelier Vivanda”

“Atelier Vivandada” 13-17 noyabr üçün lanç menyu 15 AZN müqabilində təklif edilir. Başlanğıc yeməyi olaraq toyuq şorbası və ya acı toyuq qanadları təklif edilir. Ana yemək parmezanlı toyuq sinəsi və ya qovrulmuş mal ətidir. Desert olaraq portağal keksinin dadına baxa bilərsiniz. Qeyd edək ki, lanç menyu saat 12:00-dan 15:00-dək təklif edilir.

 

“Sahil Restoranı”

Sahil Restoranında  həftə boyu hər gün 3 növ yemək  -  plov, təzə tərəvəzlərlə salat, şorba, isti çörək və bir stəkan kəklikotu çayı 10 manata təklif edilir. Bu menyu 12:00-dan 15:00-dək qüvvədədir.

 

“Novbahar restoranı”

Novbahar restoranında biznes lunch menyu 3 qiymətə təklif edilir. 6, 8, 11 AZN. 6 manatlıq menyuya salat (paytaxt və ya çoban salatı), şorba (mərcimək və ya düyü), bir növ isti yemək (mal ətindən qulyaj düyü və ya qarabaşaq ilə), bir növ içki daxildir. 8 manatlıq menyuya paytaxt salatı, mərci şorbası, mal ətindən qulyaj, qızardılmış kartof və içki daxildir. 11 manatlıq menyuya 6 çeşid yeməkdən biri (balıq çeşidləri, dolma çeşidləri, nar qovurma), zeytun və pendir çeşidləri, salat (toyuq, paytaxt, göbələk, çüğundur, kələm, çoban salatı), sərinləşdirici içkilər (pepsi, mirinda), meyvə şirələri (portağal, qara qarağat, alma), su (qazlı-qazsız) daxildir. Biznes-nahar menyusu həftənin 5 iş günü saat 12-dən 15.00-dək qüvvədədir.

 

“Zeytun” restoranı

Zeytun restoranında biznes-nahar həftə içi 5 gün 12.00.-dan 14.00-dək təklif edilir. Bu qiymətə şorba, ana yemək və salat daxildir. Hər gün dəyişən menyunun standart qiyməti var – 10 AZN.

 

“Bridge Cafe” 

Bridge Cafedə hərfə içi 5 gün biznes-nahar menyusu təklif edilir. Açıq bufet olan menyuya 8 cür salat, isti yemək kimi ət və toyuq, qarnir olaraq düyü, kartof, makaron, tərəvəz, 1 növ şorba, 3 növ keks, çay, kompot və ya qazlı su, meyvə daxildir. Bu menyu 12.00-13.00 aralığında təklif edilir.

 

“Park Cafe”

Park Cafedə biznes-nahar etmək üçün 1 növ şorba, 1 növ salat və 1 növ əsas yemək üçün 8 manat ödəmək lazım gəlir. Menyu hər gün yenilənir. Biznes nahar 13.00-dan 15.00-dək təklif edilir.

 

“Maestro Restoranı”

Maestro Restoranında biznes-nahar 2 qiymətə və 2 müxtəlif menyuda təklif edilir. 8 manat müqabilində təklif edilən milli mətbəxə aid menyuda salat çeşidləri, şorba çeşidləri, ana yemək olaraq ət və toyuq, düyü, makaron qarnirləri, içki var. 14 manata təklif edilən digər menyu Çin mətbəxinə aiddir. Bu menyuya şorba və salat çeşidləri, düyü, əriştə, donuz əti və içkilər daxildir. Menyu gündəlik dəyişə bilir və həftənin 5 iş günü saat 12.00-15.00 aralığında təklif edilir.

 

“Salo Italian Restaurant”

Salo Italian Restaurantda biznes-nahar 3 qiymətə təklif edilir. 1 növ yemək 9 AZN, 2 növ yemək 12 AZN, 3 növ yemək 15 AZN, tam menyu isə 18 AZN-dir. Biznes-nahar menyusu sərinləşdirici içki və ya mineral su ilə 11.30-2.45 saat aralığında təklif edilir.

 

“Oliva Restoran”

Oliva Restoranda biznes-nahar menyusu 15 manata təklif edilir. Həftə içi hər gün 12.00-dan 15.00-dək biznes-nahar üçün 1 çeşid şorba, qarnir üçün tərəvəz yeməyi, düyü, kartof və ya makaron, əsas yemək üçün ət ilə qulyaj, ət qovurması, səbzi qovurma, sobada toyuq, salat olaraq toyuq, tərəvəz, badımcan, çuğundur, pendirli və çoban salatları təklif edilir.  Desertdə təzə meyvəli piroq və ya keks var. İçki seçimi sizə məxsusdur.

 

“Buta Art Club”

Buta Art Clubda həftə içi 5 gün  saat 12:00-dən  17:00-dək biznes-lunch menyusundan yararlana bilərsiniz. Burada isti yemək, salat, şorba və içkinin daxil olduğu biznes-menyu 5 manata təklif edilir. Menyu hər gün dəyişir.

 

“Cafe City”

Cafe Citydə biznes-nahar həftə içi hər gün saat 12:00-dan 15:30-dək təklif edilir. 10-12 AZN qiyməti olar menyuya şorba, salat, isti yemək və içki daxildir. Menyu hər gün yenilənir.

 

Dolma Restoranı

Dolma Restoranında biznes-lunch menyusu həftə içi 5 gün 12.00-dan 16.00-dək təklif edilir. Menyu iki qiymətədir – 7 və 9 AZN. Şorba (və ya salat),  isti yemək, qarnir, çörək və içki daxil olan menyu 7 AZN, salat,  şorba, isti yemək, qarnir, çörək və içki daxil olan menyu isə 9 AZN müqabilində təklif edilir.

 

Trın-Trava Restoranı

Trın-Trava Restoranında biznes-nahar üçün rus mətbəxinə aid təamlardan ibarət menyuya 6 və ya 7 AZN ödəmək lazım gələcək.  Salat, isti yemək və şorbadan ibarət biznes-lunch həftənin iş günləri təklif edilir.

OXŞAR XƏBƏRLƏR