Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı

Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı
Xəbərlər 15 Noyabr 2017 15:41 419
Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

 Səyyah.az turizm portalı xəbər verir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Bundan sonra nazir Əbülfəs Qarayevin əmri ilə E.Əliyev vəzifəsindən azad olunub. Qeyd edək ki, bundan əvvəl E.Əliyevlə Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov arasında bir neçə dəfə mübahisə yaranıb. Buna E.Əliyevin istirahət kompleksində baş verən xırda cinayət və inzibati pozuntu xarakterli hadisələri polisdən gizlətməsi səbəb olub. /report/

OXŞAR XƏBƏRLƏR